SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Nəqliyyat nazirinin gedişi hansı nazirlərin “kürkünə birə salıb”?

Nəqliyyat nazirinin gedişi hansı nazirlərin “kürkünə birə salıb”?

Tarix:

22-02-2017, 00:22

/ 2 251 dəfə oxundu.
Nəqliyyat nazirinin gedişi hansı nazirlərin “kürkünə birə salıb”?

Nəqliyyat nazirinin istefaya göndərilməsi bəzi nazirlərin “kürkünə birə salıb”

Daxil olan xəbərdə deyilir ki, fəaliyyətindən tez-tez tənqidlər səslənən nazirlər təşvişdədir.

İstefa dalğasında növbənin kimə çatacağı qorxusu ilə işləyən nazirlər əvvəlki dövr olmadığını müşahidə edirlər. İqtisadi böhran və dövlətin büdcəsinin talanması ciddi fəsadlar yaradıb. Hakimiyyət rəhbərliyi mənimsəmələrə göz yummaq fikrində deyil.

Dünənə qədər ölkənin sərvətlərini mənimsəmiş yüksək çinli məmurlar indi cavab verməlidir. Ziya Məmmədovun yola salınması onlara bir mesaj oldu ki, hər an sərəncam imzalana bilər.

Prezidentin imzaladığı antiböhran tədbirləri barədə tapşırıqları məmurların canına vəlvələ salıb. Azərbaycanda korrupsiyaya bulaşmış, aylıq “paket” alan məmurların “kürkünə birə salıb”.

Təşviş içində olan məmurlar bu layihənin həyata keçməsindən sonra ölkədə islahatların, şəffaf idarəçiliyin daha da güclənəcəyini yaxşı dərk edir.

Ona görə də gəlir mənbələrinin kəsiləcəyi xəbəri bürokrat məmurları, korrupsioner və oliqarxa çevrilmiş bəzi nazirləri əndişələndirib.

Daxil olan xəbərdə deyilir ki, vergilər naziri Fazil Məmmədov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, təhsil naziri Mikayıl Cabbarov, “Azəriqaz” İstehsalat Birliyinin direktoru Əkbər Hacıyev rəhbəri olduqları sahədə çoxsaylı narazılıqlar var.

Azərbaycan Dəmir Yolları QSC sədri Cavid Qurbanov, Bakı meri Hacıbala Abutalıbov, səhiyyə naziri Oqtay Şirəliyev, kənd təsərrüfatı naziri Heydər Əsədov ilə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da siyasi hakimiyyətin son strategiyasına adekvat olaraq həssasdırlar.

Məmurlar Azərbaycanı iqtisadi fəlakətin içərisinə sürükləyir. Prezident İlham Əliyevin sosial-iqtisadi islahatlarının əksinə gedən Nazirlər Kabineti ölkədə sosial gərginlik üçün zəmin yetişdirir.

Sosial problemlərin islahatlar yolu ilə mərhələli şəkildə həll etmək əvəzinə paytaxtda və regionlarda insanlar çörəklə imtahana çəkilir.

İqtisadiyyatın ağır durumda olması, əhalinin kreditləri ödəyə bilməməsi, kommunal xərclərin qalxması, rayonlarda insanların bir tikə çörək uğrunda sözün həqiqi mənasında savaş aparmasını nəzərə alsaq məmurların prezidentlə xalqı üz-üzə qoyduğunu görmək olar.

Azərbaycan xalqı və o cümlədən biz media olaraq hər zaman dövlətin inkişafını üstün tutmuşuq. Prezidentin sosial islahatları həmişə bəyənilib, dəstək verilib, təqdir olunub.

Şərhlər

XƏBƏR LENTİ