SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Əli Abbasovun daha iki kadrı məhkəmə qarşısına çıxarılır - yeyinti ittihamı

Əli Abbasovun daha iki kadrı məhkəmə qarşısına çıxarılır - yeyinti ittihamı

Tarix:

27-03-2018, 13:21

/ 1 424 dəfə oxundu.
Əli Abbasovun daha iki kadrı məhkəmə qarşısına çıxarılır - yeyinti ittihamı

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Göyçay Telekommunikasiya Qovşağının müdiri İslam Əliyev və baş mühasibi Soltanəli Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə nazirliyin nümayəndəsi 97 min manatlıq mülki iddia qaldırıb. Məhkəmə mülki iddianı qəbul edib.

Məhkəmə baxışı aprelin 5-nə təyin edilib.

İttihama görə, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən istifadə edərək, tikinti materiallarının ayrılması üçün nazirliyə ayrılmış 3 milyon 245 min 598 manat məbləğində vəsaiti mənimsəyərək, öz ehtiyaclarını ödəmək üçün xərcləyiblər.

Onların işi Vidadi Zeynalov və “Aztelekom” MMC-nin baş direktoru Məmməd Məmmədovun cinayət işindən ayrılıb və ittihamda göstərilən məbləğ onlar tərəfindən ödənildiyindən, hazırkı təqsirləndirilən şəxslərə qarşı yalnız 97 min manat məbləğində mülki iddia qaldırılıb.

Onların barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Şərhlər

XƏBƏR LENTİ