SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » YAP-dan Tağı Əhmədova müdhiş seçki cəzasının pərdəarxası

YAP-dan Tağı Əhmədova müdhiş seçki cəzasının pərdəarxası

Tarix:

27-03-2018, 08:48

/ 1 648 dəfə oxundu.
YAP-dan Tağı Əhmədova müdhiş seçki cəzasının pərdəarxası

Bakı Metropolitetinin keçmiş rəisi, YAP-ın Yasamal təşkilatı sədri Tağı Əhmədov siyasi rəhbərlik tərəfindən cəzalandırılıb

Sosial şəbəkələrə istinadən xəbər verirki ki, sabiq metro rəisi 11 aprel prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasından təcrid olunub.

T.Əhmədov təşkilat sədri olsa da, seçkilərlə bağlı işlər Yasamal Rayon İcra Hakimiyyətinə həvalə olunub.

YAP-ın kampaniyasından məhrum edilən “yeraltı dünya”nın keçmiş sahibi ilə seçkidən sonra haqq-hesab axıra qədər çürüdüləcək.

Prezidentin gözündən düşmüş T.Əhmədovun partiyadakı vəzifəsindən uzaqlaşdırılması da istisna edilmir.

Hakimiyyət kluarlarında belə hesab edirlər ki, sabiq rəisin külli miqdarda dövlətdən mənimsədiyi kapital var. Bu vəsait metroda işlədiyi dövrdə büdcədən çırpışdırılıb.

Onun MTN generalı Akif Çovdarova 3 milyon verməsinin rəsmən təsdiqlənməsindən çıxan nəticə budur ki, T.Əhmədovda hələ də milyonlar var.

Necə ki, Fazil Məmmədovda, Eldar Mahmudovda, eləcə də Tağı Əhmədovda sabotaj edilmiş milyonlar var.

Onun davranışları, çıxışları da siyasi rəhbərlik tərəfindən müsbət qarşılanmayıb. Odur ki, tamamilə seçkidən məhrum olunub, siyasi cəza alıb.

Çovdarov Əhmədovu məhkəmədə ifşa etmişdi. General demişıdi ki, metroda hər 4 jetondan birinin pulu Əhmədov tərəfindən mənimsənilib.

Çovdarov bildirib ki, T.Əhmədovun milyonluq yeyintiləri və ofşor hesabları üzə çıxıb. Onun sözlərinə görə, Tağı Əhmədov işdən çıxarıldığı ərəfədə onun əmlakları, villaları, xaricdəki obyektləri müəyyən olunub:

“Tağı Əhmədov işdən çıxarılandan sonra yeni rəis Zaur Hüseynov mənə zəng elədi ki, stansiyaların çıxışındakı obyektlərin icarədarları metroya girişi bağlayıblar, askiya keçirirlər.

Mən də dedim bu barədə polisə məlumat vermək lazımdı. Zaur Hüseynov dedi polisə demişik, onlar bacarmır. Mən hadisə barədə nazirliyin rəhbərliyinə müraciət etdim, onlar da ölkə rəhbərliyinə məruzə etdilər.

Göstəriş verildi ki, araşdırılsın. Biz də araşdırdıq, bəlli oldu ki, metrostansiyaların çıxışlarında 1200 obyekt var.

Bunlar da 2007-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətinin, sonra isə Bakı Metropolitenin balansında olub. Həmin obyektlərin aylıq icarə haqqı 200 dollardan 3 min dollara kimi idi.

Bunlar da 3 aylıq icarə pulunu öncədən alırdılar. Tağı Əhmədov işdən çıxandan sonra da yeni rəhbərlik köşkləri ləğv etmişdi. Aksiya edənlər verdikləri icarə haqlarını tələb edirdilər.

Bu ticarət nöqtələri də Tağı Əhmədovun hakim oğlu Rauf Əhmədovun yaxın dostları arasında bölüşdürülmüşdü.

Tağı Əhmədov ötən iclasda dedi ki, ildə 120 min manat icarə pulu verib. Ona sual verilməlidi ki, 1200 köçkün icarəsi 120 min edirsə, belə çıxır ki, biri 8 manat 50 qəpik olub.

Həmin vaxt icarədarlardan alınan 3 aylıq ödəniş 5 milyon dollardan artıq idi. Biz bunu da rəhbərliyə məruzə etdik.

Dövlət rəhbərliyi bizi çağırıb detallı araşdırma aparıb metropolitenin fəaliyyətinin yoxlanılmasını tapşırdı. Göstəriş verildi ki, Metropoliten hər il dövlətdən subsidiya alsa da, bu qədər gəlir əldə edirmiş.

Detallı araşdırma zamanı bəlli oldu ki, metrostansiyalarda aparatlar elə qurulub ki, hər 4 jetondan biri qeydiyyatdan keçməyib və onun pulu Tağı Əhmədovun cibinə gedirmiş.

Bütün bunları bizə Tağının qardaşı oğlu Şövqi Əhmədov açıb dedi. Buna görə də Tağı ondan imtina edib.

Bundan başqa biz özümüzün agentura xəttimiz vasitəsilə müəyyən etdik ki, təzə vaqon adı ilə Moskvadan işlənmiş vaqon alıb “kraskalayıb” 11 milyondan çox dövlət vəsaiti mənimsənilib.

Bir vaqonunun təmirinə 120-140 min manat “silirdilər”, indiki rəhbərlik bunu 40 minə edir. Hər 4 jetondan birini əldə etməklə aya 300 min manat pul qazanılırdı.

İşıq puluna görə “Azərenerji”yə 4 milyon manat borcu var idi, onu da mənimsəmişdi. Bunlar üzə çıxandan sonra biz Tağı Əhmədovun əmlaklarını da müəyyən etməyə başladıqaq. İndi yadımda qalanları açıqlayım:

“Sahil” metrosunun üstündəki binada 4 mənzil, “Yeni Həyat” yaşayış kompleksində 4 mənzil, Neft Akademiyasının əsas korpusu ilə üzbəüz 7-8 dükan, Bakıda 6-7 bağ evi, Yasamal rayon məhkəməsinin yeni binasının arxasındakı “Kolizey” və “Şəhrizad” restoranları, Dubayda elit yaşayış kompleksində yerləşən otelin bütövlükdə 3 mərtəbəsi, Dubayda bir böyük ticarət mərkəzi.

Bundan başqa, Tağı Əhmədov Xarici İşlər Nazirliyində işləyən oğlu Ruslan Əhmədov vasitəsilə 17 milyon dollar pulu ofşor hesablarla ölkədən çıxarıb.

Dubaydakı oteli və ticarət mərkəzini də bu pulla alıb. Moskvada metro çıxışında 5 milyona 120 kvadratmetrlik dükan alıb, arendaya verib.

Tağı Əhmədovun bank hesablarında da külli miqdarda vəsait aşkarlandı. Təkcə “TexnikaBank”da 13 milyon dollar pulu olub, digər pulları isə “Bank of Baku” və “Unibank”dakı hesablarında idi.

“Texnikabank” müflis olanda öz hesabından 9 milyon çıxarıb ofşora yatırmışdı. Qalan 4 milyonu da Ruslan Əhmədov müxtəlif qohumlarının adına 30-50 min miqdarında köçürmüşdü.

Qohumları hesablardan pulu çıxarıb əlbəəl Ruslana vermişdilər, bunun kamera görüntüləri də var idi. Ümumilikdə Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi”.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ