yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

AzTV-də nə baş verir?

AzTV-də nə baş verir?
16-02-2018, 18:41 674 dəfə baxılıb

Bir müddət əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun işdən çıxardığı xanım əməkdaş yenidən işə qaytarılıb.

BakuPost xəbər verir ki, söhbət AzTV-nin informasiya proqramları studiyasının direktoru Mehriban Məmmədovadan gedir. TV-dəki mənbələrdən saytımıza verilən məlumata görə, M. Məmmədova bir neçə gün əvvəl köhnə işinə bərpa olunub və artıq işə başlayıb.

Xatırladaq ki, BakuPost M. Məmmədovanın Arif Alışanovla problemi yarandığı, bu səbəbdən işdən çıxarıldığı ilə bağlı məlumat tirajlayanda o, mətbuata açıqlamasında vəzifsindən öz ərizəsi ilə getdiyini bildirmişdi: "İşdən öz ərizəmlə çıxmışam. İnsan bir yerdə daimi işləyəsi deyil. Hər kəs iş yerini dəyişə bilər. Amma təəssüf ki, kimlərsə bunu şişirdərək başqa müstəviyə çəkiblər. Arif Alışanov sədrdir, mən studiya direktoru. Studiya direktorunun sədrlə nə problemi ola bilər ki? Rəhbər kimi də mən ondan yalnız yaxşılıq görmüşəm”.

Əldə etdiyimiz məlumata görə, o, işdən öz ərizəsi ilə getsə də, arada narazılıq olub. Studiya direktoru TV-dəki söz-söhbətlər və gərginliklər səbəbindən işdən getmək məcburiyyətində qalıb. Məsələnin mətbuatda tirajlanması isə onun xeyrinə işləyib.

İnformasiyada AzTV-nin xanım əməkdaşının ötən il jurnalistlər binasında mənzillərin təqdimetmə mərasimində prezident qarşısında çıxış edən iki jurnalistdən biri olması vurğulanırdı. Görünür, belə biri şəxsin AzTV-dəki işindən uzaqlaşdırılması yuxarı dairələrin də diqqətini çəkib və sonda məsələ onun işə qaytarılması ilə nəticələnib.

Məlumat üçün bildirək ki, bu, Alışanovun işdən çıxardıqdan sonra geri qaytardığı ilk işçisi deyil. Belə ki, o, bir müddət əvvəl də uzun illər AzTV-də çalışmış, lakin işdən çıxarılmış bədii rəhbər Etibar Babayevi də köhnə vəzifəsinə qaytarıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: bash, ne, verir, AzTV de
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ