SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » ““Sübahir Qurbanovun evindəki “Swarovski” daşından düzəldilmiş şahmat… “ -HƏBSDƏKİ MTN GENERALININ BACISI

““Sübahir Qurbanovun evindəki “Swarovski” daşından düzəldilmiş şahmat… “ -HƏBSDƏKİ MTN GENERALININ BACISI

Tarix:

20-02-2017, 10:33

/ 2 890 dəfə oxundu.
““Sübahir Qurbanovun evindəki “Swarovski” daşından düzəldilmiş şahmat… “ -HƏBSDƏKİ MTN GENERALININ BACISI

Hazırda həbsdə olan ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə daxil olan şəxslərin açıqlanan əmlakları və onların dəyəri ilə bağlı araşdırmalar cəmiyyətdə böyük rezonansa səbəb olmaqdadır. Belə ki, ölkənin güc nazirliyinin rəhbərliyində təmsil olunan təxminən 2 min manat maaş alan bu generalların sahib olduqları əmlakların hansı yolla qazanılması bir sıra haqlı suallara səbəb olur. Bu şəxslərdən biri də MTN-nin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə rəhbərlik etmiş general-mayor Sübahir Qurbanovdur.
Qeyd edək ki, KİV-lər “MTN İşi” ilə bağlı araşdırmalarında ittiham aktına istinadən Sübahir Qurbanovun dəyəri bir neçə milyonlarla ölçülən əmlakları barədə materiallar yayımlayıb.
Həmin xəbərlərdə Sübahir Qurbanovun bu əmlakları cinayət yolu ilə əldə etməsindən söhbət açılır.
Həbsdəki generalın bacısı Xatirə Həmidovanın elektron poçtundan Gununsesi.info-ya məktub daxil olub.
Həmin məktubda generalın bacısı saytımızda və digər KİV-lərdə qardaşı haqqında yazılanlara və ona məxsus olduğu deyilən əmlaklardan söz açır.

Sübahir Qurbanovun qardaşı, bacısı və onların övladlarına məxsus əmlakların üzərinə həbs qoyulduğunu xatırladan Xatirə Həmidova bildirir ki, bu əmlakların Sübahir Qurbanova aidiyyatı yoxdur: “Hər kəsin bir ailəsi, bir mənzili var. Qohum-əqrabanın əmlakına həbs qoyub, onun adına yazıblar. Mətbuat isə bunu araşdırmadan tirajlayır. Sizin də saytınızda Sübahir Qurbanovun mənzilindən “Swarovski” daşından düzəldilmiş 32 ədəd şahmat fiqurlarının olmasından yazmısınız. Sübahirin doğum günündə bacısı oğlu xaricdən ona hədiyyə göndərmişdi. Onun dəyəri çox ucuz idi. Yazırlar ki, guya bu şahmat “əli qabarlı” sahibkarlardan alınıb.
Sübahir qardaşım olmasına görə demirəm. O təmiz insandır. Onun ləkələdilər. O hər zaman Azərbaycan Prezidentinə, dövlətinə sədaqətlə xidmət edib. Məhz bu xidmətuin nəticəsidir ki, ona xidmətindəki uğurlarına görə, orden-medallar verilib.
Yazırlar ki, Sübahir Qurbanov MTN-ə gələndən sonra varlanıb. Atamız Qurbanov Xalıq 40 il Masallının Əzizbəyov və Axundov Soxvozlarının direktoru işləyib. Bunu ona görə xatırladıram ki, Sübahir imkanlı kişinin övladı olub.
Mən ümid edirəm ki, başqa xəbərləri tirajladığınız kimi bizim də mövqeyimizi işıqlandıracaqsınız”.

Şərhlər

XƏBƏR LENTİ