yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Dələduzluqda ittiham olunan iş adamı istintaqdan yayınır?

Dələduzluqda ittiham olunan iş adamı istintaqdan yayınır?
13-02-2018, 10:19 84 dəfə baxılıb

Təxminən bir ay əvvəl mediada belə bi məlumat yayıldı ki, tanınmış iş adamı yarım milyon dollarlıq dələduzluqda ittiham olunur. Məlumatda deyilirdi ki, Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Nəsimi Dadaşov hüquq-mühafizə orqanlarına müraciət edib. O, müraciətində bildirib ki, 2015-ci ildə Ağcəbədi rayon sakini Mülhazil Balakişiyev onun etimadından istifadə edərək 500 min ABŞ dollarını alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Məsələ ilə bağlı İstiqlal.az saytı yeni məlumat yayıb. sayt yazır ki, sözügedən dələduzluq faktı ilə bağlı istintaq davam edir. Lakin iş adamı Mülhazil Balakişiyev istintaqdan yayınmağa cəhd edir. İddia edilir ki, o, müxtəlif bəhanələrlə istintaq orqanının dəvətlərini rədd edir. Bununla da faktiki olaraq işin araşdırılmasını əngəlləyir. Mülhazil Balakişiyevin bu addımı ona qarşı irəli sürülən ittihamların əssassız olmadığına şübhələri artırır. Əks təqdirdə iş adamı istintaqdan yayınmağa cəhd etməzdi.

Məlumatlarda həmçinin deyilir ki, “Fərhad 91” yun fabrikinin və “BMS Aqro”nun sahibi olan Mülhazil Balakişiyevin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Eyni zamanda qeyd edilir ki, dövlət tərəfindən Mülhazil Balakişiyevə Haramı düzündə 1500 hektar torpaq sahəsi icarəyə verilib. Məqsəd həmin ərazidə iri fermer təsərrüfatı qurmaqdır. Lakin həmin ərazidə yüzlərlə şəxsin təsərrüfatı olduğu deyilir. Mülhazil Balakişiyevin layihəsinin icrası üçün həmin şəxslərin ərazidən çıxarılacağə gözlənilir. İş adamının adının dələduzluq olayında hallanmasından sonra həmin fermerlər də narahatlıq içindədirlər. Hesab edilir ki, dələduzluqda adı hallanan iş adamı onların da etibarından sui-istifadə edə bilər. Bu baxımdan Mülhazil Balakişiyevə qarşı irəli sürülən ciddi şəkildə araşdırılmalıdır. Əks halda xeyli şəxs qurbanlığa çevrilə bilər.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: yayinir, adami, Deleduzluqda, olunan, ish, ittiham, istintaqdan
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-02-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

sunay1ramazanova@gmail.com


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ