SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Biznesmen oğlunun işini aparan müstəntiq qovuldu

Biznesmen oğlunun işini aparan müstəntiq qovuldu

Tarix:

12-02-2018, 15:51

/ 1 963 dəfə oxundu.
Biznesmen oğlunun işini aparan müstəntiq qovuldu

Şəhid Elton Əkbərovun qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun cinayət işini aparan müstəntiq cəzalandırılıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə məlum olub ki, R.Rəhimovu hadisə yerindən göndərən yol polisləri də töhmət alıb. İlk vaxtlar cinayət işi ayrı istiqamətdə aparılıb.

Belə ki, R.Rəhimov cinayət məsuliyyətindən yayındırılıb. Onun əvəzinə ailənin sürücüsü Əmrulla Şahbazov hadisəni törətdiyini boynuna alıb. R.Rəhimov isə həmin vaxt "Enerji" klubda olduğu barədə ifadə verib. Səbail rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasov da işi bu istiqamətdə aparıb.

R.Rəhimov bir aya yaxın azadlıqda qalıb. Noyabrın 8-də törətdiyi qəzaya görə dekabrın 4-də həbs edilib. Məsələnin əsl mahiyyəti ortaya çıxanda cinayət işi V.Abbasovun icraatından alınaraq başqa müstəntiqə verilib. V.Abbasov da vəzifəsindən azad olunub və sərəncama götürülüb.

Məhkəmədə ifadə verən Səbail YPX əməkdaşı Asif Kərimov və Yasin Abbaslı qəzanı 17 yaşlı Rəhimin törətdiyini bildiklərini və bu barədə müstəntiqə də məlumat verdiklərini deyiblər. Y.Abbaslı bildirib ki, R.Rəhimov qəzadan sonra YP 254 saylı maşında xidmət aparan yol polislərinə təhvil verilib. Müstəntiq hadisə yerinə gəldikdə isə qəzanı törədə gənc hadisə yerində tapılmayıb. YP 250 saylı maşında xidmət edən yol polisləri isə Rəhimin sürdüyü "Jeep" nömrəsini açıb maşına qoyublar.

Həm də hadisə yerindən qaçmaqda ittiham edilən R.Rəhimov onu hadisə yerindən yol polislərinin göndərdiyini deyib.

Məhkəmə müstəntiq Vüqar Abbasovun və yol polisi zabiti Asif Kərimovun prosesə dəvət olunaraq dindirilməsinə qərar verib.

Hadisə 2017-ci il noyabrın 8-də Bayraq meydanının yaxınlığında baş verib. Şəhid qızını vuran 17 yaşlı gənc iş adamı, "Xırdalan Xəz" Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Akif Rəhimovun oğlu Rəhim Rəhimovdur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.

Şərhlər

XƏBƏR LENTİ