yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Çovdarovun vəziyyəti kritik həddə

Çovdarovun vəziyyəti kritik həddə
12-02-2018, 15:50 344 dəfə baxılıb

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarov vəkili ilə görüşüb.

Bu barədə A.Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib. Vəkil bildirib ki, görüş zamanı A.Çovdarovun səhhəti və saxlanma şəraiti ilə maraqlanıb: "Akif Çovdarovun səhhəti kritik həddədir. Onun ürəyi çox pis vəziyyətdədir və həyati təhlükəsi ola bilər. Hazırda o, 1 saylı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində saxlanılır, həkimlər nəzarət edir. Vəziyyəti pis olmasına baxmayaraq, onun Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülmək fikri yoxdur".

Qeyd edək ki, ötən il oktyabrın 30-da Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarov 12 il, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev 5, MTN-in şöbə rəisi olmuş Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: hedde, Chovdarovun, veziyyeti, kritik
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ