SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Sabiq MTN generallarının cinayət işində GƏLİŞMƏ

Sabiq MTN generallarının cinayət işində GƏLİŞMƏ

Tarix:

5-02-2018, 11:45

/ 1 528 dəfə oxundu.
Sabiq MTN generallarının cinayət işində GƏLİŞMƏ

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə zərərçəkmişlər barışıq ərizəsi ilə məhkəməyə müraciət edib.

Bunu vəkil İlyas Kərimov bildirib. Vəkil deyib ki, iş üzrə indiyədək təxminən 100 nəfərə yaxın zərərçəkən şəxs barışıq ərizəsi yazıb. Onun sözlərinə görə, zərərçəkmişlər təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildiriblər.

İttihama əsasən, təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Onlara Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə )v’ digər maddələri ilə ittihamlar irəli sürülüb.

Şərhlər

XƏBƏR LENTİ