yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Supernazirlikdə nəqliyyatı kim kurasiya edəcək - Musa Pənahov, yoxsa...

Supernazirlikdə nəqliyyatı kim kurasiya edəcək - Musa Pənahov, yoxsa...
22-01-2018, 16:36 416 dəfə baxılıb

Prezidentin 12 yanvar 2018-ci il tarixli sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu təsdiq edildikdən sonra ləğv olunmuş Nəqliyyat Nazirliyində birinci müavin işləmiş Musa Pənahovun adı yenidən gündəmə gəlib. Məlumdur ki, nazirliyin yeni strukturunun təsdiq olunması ilə dəniz nəqliyyatı da bu struktura birləşdirilib və mediada supernazirlik adı alıb. Bu dəyişikliklə rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifələrini tutmuş İltimas Məmmədovla Elmir Vəliyev statuslarını itiriblər. İndi isə bu sırada Musa Pənahovun da adı hallanır.
Qeyd edək ki, Əli Abdullayev nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin rabitə sahəsi üzrə müavini vəzifəsinə təyin olunub. Nəqliyyat üzrə müavin vəzifəsi isə hələlik boşdur. Hələ ötən ilin aprelində belə məlumat yayılmışdı ki, M.Pənahov nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsinə təyin olunub. Lakin sonradan bu xəbər təsdiqlənmədi.
M.Pənahov 1959-ci ildə anadan olub, Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1976-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Keşlə Yük Stansiyasında başlayan Musa Pənahovun gələcək karyerası sabiq nazir Ziya Məmmədovla yaxın dostluq əlaqələrinə görə reallaşıb. O, 1984-1988-ci ildə Azərbaycan Dövlət Dəmir Yolunun Bakı dəmir yol hissəsinin plan-iqtisad şöbəsinin rəis müavini və rəisi vəzifəsində çalışıb. Musa Pənahov 2004-cü ildən 2017-cü ilin fevralına-yəni Nəqliyyat Nazirliyi ləğv edilənədək nazirin birinci müavini vəzifəsini icra edib.
Musa Pənahov uzun müddətdir təmsil olunduğu sektor üçün qiymətli kadrlardan sayılır. O, nəqliyyat və daşımaçılıq (loqostika) sektorunda təcrübəli mütəxəssis hesab olunur. Nəqliyyat Nazirliyində M.Pənahov birinci müavin kimi əsasən, tranzit yüklər və liman daşımaçılığı sahəsini kurasiya edirdi.
O da məlumdur ki, M.Pənahovun oğlu Moldovanın keçmiş prezidenti Voroninin nəvəsi ilə evlidir.
Belə görünür ki, nazirliyin ləğvindən sonra işini itirmiş digər müavin Arif Əsgərovdan fərqli olaraq, onu yenə də birləşdirilmiş nazirlikdə görəvdə saxlaya bilərlər.

Musavat.com


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Musa, yoxsa, neqliyyati, , edecek, kurasiya, kim, Penahov, Supernazirlikde
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ