yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Hafka” Ziya Məmmədova uduzdu - Qərar

“Hafka” Ziya Məmmədova uduzdu - Qərar
10-01-2018, 10:16 195 dəfə baxılıb

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovla iş adamı, “Hafka” ləqəbli Hafiz Məmmədov arasında maliyyə çəkişmələri davam edir.

Bir müddət öncə Z.Məmmədovun oğlu Anar Məmmədova məxsus “Delfin” otelin təsisçisi olan “Delfin” MMC məhkəməyə müraciət edib.

MMC 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində “Hafka”nın “Bakı” Futbol Klubuna qarşı iddia qaldırıb. Klubun bazası otelə bitişik sahədə yerləşir və həmin sahə sabiq nazirin ailəsinə məxsus olub. A.Məmmədov klubun onların xüsusi mülkiyyətində olan sahədən çıxarılmasını tələb edib. “Hafka”nın klubu da qarşılıqlı iddia verərək həmin torpaq sahəsi üçün ödədiyi pulun geri qaytarılmasını istəyib.

Məhkəmə “Delfin”in iddiasını təmin edərək klubun həmin ərazini tərk etməsinə qərar verib. “Hafka”nın iddiası isə rədd olunub və ona hər hansı məbləğdə pulun ödənilməsi nəzərdə tutulmayıb.

Bundan sonra “Bakı” FK yuxarı instansiya məhkəməsinə müraciət edərək qətnamədən şikayət edib. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Valeh Ağayevin icraatında baxılıb. Bu dəfə də qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, bir ay öncə “Bakı”nın 11 hektarlıq ərazisi 15 milyon manata satışa çıxarılıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: uduzdu, Hafka, , Memmedova, Ziya, Qerar
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ