SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “Bunların hamısını Şıxlinskayanın tapşırığı ilə edirdik”

“Bunların hamısını Şıxlinskayanın tapşırığı ilə edirdik”

Tarix:

4-01-2018, 13:26

/ 1 273 dəfə oxundu.
“Bunların hamısını Şıxlinskayanın tapşırığı ilə edirdik”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi Şəhla Abbasova və digər işçiləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə Ş.Abbasova deyib ki, işdən çıxan kimi yoxlama tələb etsə də, L.Şıxlinskaya buna imkan verməyib: “Bir neçə ay sonra bildik ki, işimiz “bandotdel”dədir. Bizə sənədləri məhv etmək ittihamı verilib. Məsələ belə olub ki, sənədləri binanın mansarında saxlayırdıq. Sonra Leyla xanımın əmri ilə oranı boşaldıb sənədləri götürdük. İşlədiyimiz müddətdə Leyla xanım gün ərzində 10 dəfə zəng edirdi, hər şeylə maraqlanırdı”.

Ş.Abbasovanın müavini Polad Əliyev ifadə verərək deyib ki, onlara cinayət işi açılmadan 6 ay öncə klinikada yoxlama aparılıb və hər şey düzgün olduğu üçün L.Şıxlinskaya tərəfindən mükafatlandırılıblar: “Mən maaşları, vergiləri hesablayırdın. Orada bir qəpik də “yeməmişəm”. Amma Leyla xanım deyib ki, 1 milyonunu “yemişik”. Klinikada həkimlər 30 min manat maaş alırdı, amma bu maaş qara hesabdan ödənilirdi. Rəsmi maaş az qeyd olunurdu. Bunların hamısını Leyla Şıxlinskayanın tapşırığı ilə edirdik. O əmr verirdi, etməli idik, çünki ordan çörək yeyirdik. Mən 2 dəfə işdən çıxmaq üçün ərizə yazdım, Leyla xanım cırıb atdı. Sonra özüm işdən çıxdım, ardınca da cinayət işi başlandı.

Qeydiyyat şöbəsinin işçisi Səkinə Qasımova isə ifadəsində qeyd edib ki, qəbul olunan pulları Kaysa Nadejdaya və ya Günel Abbasovaya təhvil verib: "Mən Polad ya da Şəhla xanımla işləməmişəm".

Şöbənin digər əməkdaşı Aytən Hüseynova da pulları Kaysa Nadejdaya verdiyini deyib: "Rəsmi maaşım 125 manat idi. Lakin paketlə birlikdə 500 manat alırdıq. Paketi də Kaysa Nadejda verirdi. Bizim Şəhla xanımla işimiz olmurdu”.

Digər təqsirləndirilən Mədinə Hüseyeva deyib ki, hələ də klinikada işləyir: "Biz elə indi də eyni sistemlə işləyirik. Xəstələr pul ödəyən kimi iki nüsxədə qəbzlər çıxarılırdı. Biri xəstəyə verilirdi, biri də bizdə qalırdı. Üstümüzdə daim kamera olub".

Proses yanvarın 11-də davam etdiriləcək.

Qeyd edək ki, L.Şıxlinskaya Ş.Abbasovanı işdən çıxartdıqdan sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək onun klinikadan 1 milyon mənimsədiyini bildirib. Cinayət işi açılıb və istintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.

Şərhlər

XƏBƏR LENTİ