SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Ehsan Zahidov 1 aylıq uşağın satılmasından danışdı: - "O, çox peşmandır"

Ehsan Zahidov 1 aylıq uşağın satılmasından danışdı: - "O, çox peşmandır"

Tarix:

28-12-2017, 11:38

/ 1 489 dəfə oxundu.
Ehsan Zahidov 1 aylıq uşağın satılmasından danışdı: - "O, çox peşmandır"

Xəbər verdiyimiz kimi elan saytlarının birində 1 aylıq uşaq 10 min manata satışa çıxarılıb. Elan yerləşdiriləndən sonra isə bu sosial mediada rezonans yaratdı.

Məsələ ilə bağlı danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov körpə uşağın satışa çıxarılmasının cinayət tərkibi olmadığını bildirdi: "Burda nə var ki? O elanı sayta yerləşdirən adamın etirafını eşitmədiniz? O, çox peşmandır. Onun satmaq niyyəti olub, sonradan peşman olduğu üçün səhvini etiraf edib, burada polislik nə var ki? Niyyət etmək cinayət deyil axı?!

Bizim hələ də onun uşağı satmaq fikrindən daşınmadığına dair fikrimizə cavab verən Ehsan Zahidov əvvəlcə onunla danışmağımızı, nəticəsin isə yenidən ona məlumat verməyimizi bildirdi: "Siz həmin adamla əlaqə saxlayın, görün yenə satmaq istəyirsə adamla görüşün, danışın nəticəsini bizə deyin. Bu məsələdə fakta əsaslanmaq lazımdır. Mən bu barədə Nazirliyin rəsmi mövqeyini bildirmirəm. Özünüz həmin adamla danışın, görün nə deyir, nəticəsini bizə deyin sonra..."

Şərhlər

XƏBƏR LENTİ