yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Gömrükdə sükut: Lənkəranskinin qardaşının postuna təyinat gizlədilir

Gömrükdə sükut: Lənkəranskinin qardaşının postuna təyinat gizlədilir
27-12-2017, 09:52 270 dəfə baxılıb

Keşlə gömrük postunun rəisi Namiq Canıyevin istintaqı davam edir
Daxil olan xəbərə görə, İstanbul həbsxanasında saxlanan gömrük rəisi vəzifəsindən azad olunsa da, rəsmi təsdiqlənmir.
Dövlət Gömrük Komitəsi sorğuları da cavablandırmır və müəmmalı şəkildə N.Canıyevin həbsi ilə bağlı susqunluq hökm sürür. Komitənin bu sükutunun səbəbləri bilinmir.
Belə ehtimal olunur ki, komitə rəsmi münasibət bildirməyə zərurət görmür. Gömrük rəhbərliyinin fikrincə, Türkiyə tərəfinin yaydığı məlumat bəs edir.
Yəni, həbs edilən gömrük rəisi heç bir halda vəzifəsində saxlana bilməz. Ancaq onun yerinə təyinat da olmayıb. Hətta olubsa da, gizlədilir. Ən azından bu haqda rəsmi məlumat yaya bilərdilər.
Belə nəticə hasil olur ki, ya komitə Canıyevin vəzifəyə qayıdacağına ümid edir, ya da siyasi rəhbərlik səviyyəsində açıqlama yayılmasına razılıq verilməyib. Ona görə də xeyli vaxtdır ki, ciddi susqunluq var və böyük müəmmalar yaşanır.
Qeyd edək ki, Namiq Caniyev və Mehmet Sabri Şirinə 5 milyon dollar qarşılığında Rövşən Lənkəranskinin qatillərinin aradan götürülməsi barədə razılığa gəlindiyi bildirilir. Canıyev qardaşının qisasını almaq istəyib.
Daxil olan xəbərə görə, onun həbsdən çıxarılması üçün bəzi himayədarları səylər göstərib. Ancaq müvəffəq olmayıblar.
İddialara görə, Lənkəranskinin qardaşı vəzifədə olduğu vaxtdan kriminal aləmlə əlaqəli olub. Onun qardaşının oğru dünyasındakı dostları ilə tanışlığı var imiş.
Bu köklü münasibətlər N.Canıyevin vəzifədə qalmasına mane olmayıb. Ondan sonra polkovnik qardaşının qətlinin qisası üçün İstanbulda Lənkəranskinin adamlarını tapmaqda çətinlik çəkməyib.
Onlar da çoxdan “Lotu Quli”nin azadlığa buraxılmasını gözləyirmişlər. Amma N.Canıyev çox tələskənlik göstərib.
O, planı kortəbii qurub və ələ keçib. “Lotu Quli”nin azadlığa çıxmasından ən azı bir neçə ay sonra plan qura bilərdi ki, çox erkən davranıb.
İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində 4-ü Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 13 nəfər yaxalanıb. Əməliyyat zamanı saxlanılan şəxslərdən 9 tapança götürülüb.
Hətta həbsdə qalacağı halda N.Canıyev Lənkəranskinin yolunu davam etdirə, kriminal aləmdə yeni era başlada bilər, o cümlədən Rövşənin tərəfdarlarını da başına toplaya və “Quli”yə müharibə elan edə bilər.
Ancaq bunun üçün tacqoyma mərasimi keçirilməli və rəsmən Canıyevə avtoritet titulu verilməlidir. N.Canıyev prosesləri bura qədər irəlilədəcəkmi, bax müəmmalı və sual doğuran məsələlərdir.
Amma onun Şeyx Həmzətlə birgə fotosu göstərir ki, oğru dünyasında yeni Canıyev olacağı istisna deyil. N.Canıyevlə bağlı hansı qərarın veriləcəyi və onun Azərbaycana qayıdıb-qayıtmayacağı sual altındadır.
”Lotu Quli” ilə Azərbaycanın ən titullu “oğrular”ı arasında problem Bayıl təcridxanasında baş vermiş bir hadisədən başlayıb.

Palitika.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: sukut, gizledilir, Lenkeranskinin, Gomrukde, teyinat, qardashinin, postuna
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ