yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Muğanbank”da “Forex” qalmaqalı: 300 minlik dələduzluq

“Muğanbank”da “Forex” qalmaqalı: 300 minlik dələduzluq
26-12-2017, 15:53 128 dəfə baxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Muğanbank" ASC-nin Nəsimi filialının kredit üzrə mütəxəssisi, külli miqdarda dələduzluqda təqsirləndirilən Novruz Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Zərərçəkmiş Cavad Cavadov dindirilib. C.Cavadov ona dəymiş ziyanın qaytarılmasını tələb edib: "Novruz Vəliyev yaxşı pul qazanmağı təklif etdi, razılaşdım. Ona 19 min 600 dollar pul verdim. Amma heç nə qazanmadım. O puldan mənə heç nə qaytarmadı. Pullarımı tələb edirəm”.

Təqsirləndirilən N.Vəliyev isə zərərçəkmişə 14 min manat pul qaytardığını deyib.

"Muğanbank" ASC-nin "Nəsimi" filialının keçmiş xəzinədarı Fərid Quliyev ifadəsində kassada həmişə 1 milyon dollar saxlanıldığını göstərib: "Mən işləyəndə müdirim Natiq Teymurov idi. Kassada həmişə 1 milyon dollar pul saxlanılırdı. Həmin məbləğ qeyri-rəsmi işlər üçün istifadə edilirdi. Müəyyən şəxslərə verilirdi. Onlar da götürdükləri pulun üstündə müəyyən məbləğ qaytarırdılar. Novruz Vəliyev də belə edirdi”.
Şahid ifadəsində göstərib ki, sonuncu dəfə N.Vəliyev ondan 60 min manat istəyib: "Mən yalnız müdirin əmrlərini yerinə yetirmişəm. Novruz pulu istəyəndə müdirə zəng elədim. İclasda olduğu üçün cavab vermədi. Novruza inandığım üçün, həm də mütəmadi olaraq pul götürdüyü üçün ona 31 min 200 dollar verdim. Özü də bilir ki, həmin puldan mənə bir qəpik də çatmayıb”.
Bir müddət sonra isə xəzinədar işini itirib, günahsız olduğunu desə də inanmayıblar: "Qeyri-rəsmi pulların qeydə alındığı kitabçaya baxdıqda gördüm ki, Novruzun adına mən verən pul qalır. Bu barədə müdirə məlumat verdim. O isə Novruza pul verilməsindən xəbərsiz olduğunu bildirdi. Novruz gəlib hər şeyi təsdiq etdi, həftədə 5 min olmaqla pulu qaytaracağını söylədi. İkimizi də baş ofisə çağırdılar. Pulu tələb etdilər. Mən günahsız olduğumu desəm də, inanmadılar. Pulu verməsəm, həbs ediləcəyimi dedilər".
Şahid F.Quliyev deyib ki, qardaşının evini, maşınını və öz maşınını keçmiş müdiri Natiq Teymurovun adına keçirib. Amma razılığa əsasən satılmamalı, bu müddətdə də Novruz Vəliyev pulu qaytarılmalı imiş. Amma hər iki maşın satılıb. F.Quliyev deyib ki, hazırda qardaşının evinin geri qaytarılması üçün məhkəməyə müraciət ediblər. Keçmiş bank əməkdaşı əlavə edib ki, onun barəsində də Cinayət Məcəlləsini 322-ci (özbaşınalıq) maddəsi ilə cinayət işi açılıb.

Məhkəmə prosesi yanvarın 4-də davam edəcək.

Qeyd edək ki, N.Vəliyev tanışları - Kənan Nağıyev, Cavad Cavadov və Fərid Quliyevin etibarından sui-istifadə edərək, "Forex" maliyyə birjasına bank kartı vasitəsilə mədaxil edib dövriyyəyə buraxmaqla hər ayın tamamında onlara qazanc vəd edərək aldatmaqda, bu yolla həmin şəxslərin 332 min manat pullarını ələ keçirməkdə ittiham olunur.

İş üzrə zərərçəkmiş şəxs qismində "Muğanbank" ASC-nin Nəsimi filialının müdiri Natiq Teymurov da tanınıb.

N.Vəliyev Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub. Ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxslərə vurulan ziyanın bir qismini ödədiyini deyib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: minlik, qalmaqali, 300, deleduzluq, Muganbankda, Forex
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ