yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Fazil Məmmədovun daha 2 kadrı Vergilər Nazirliyindən getdi - “yarpaq tökümü” davam edir

Fazil Məmmədovun daha 2 kadrı Vergilər Nazirliyindən getdi - “yarpaq tökümü” davam edir
26-12-2017, 13:14 208 dəfə baxılıb

Vergilər Nazirliyində keçmiş nazir Fazil Məmmədova yaxın olmuş kadrların “yarpaq tökümü” davam edir.

Xatırladaq ki, bu il avqustun 30-da Habil Məmmədovun vergilər nazirinin büdcə proqnozlarının icrası üzrə müşaviri təyin olunması ilə F.Məmmədovun müşavirlərinin sayı 12-ə çatmışdı. Buna qədər 11 nəfər - Ələkbər Məmmədov, Riyad Hüseynov, İlham Əmirəliyev, Taryel Quliyev, Elçin Məmmədov, Rəşad Həbibov, Firuz Həsənov, Əflatun Məmmədov, İlqar Əhmədov, Mahir Rəfiyev, Rahim Əfəndiyev nazirə müşavirlik edirdi.

Hökumətdəki mənbənin Modern.az-a verdiyi məlumata görə, nazir dəyişikliyindən sonra F.Məmmədova yaxın olan Firuz Həsənov və Riyad Hüseynov könüllü surətdə ərizə yazaraq, nazirlikdən ayrılıblar. Beləliklə nazir müşavirlərinin sayı avtomatik olaraq 10-a düşüb.

Bu gün yayılan məlumata görə, yeni nazir Mikayıl Cabbarov müşavirlərlə bağlı dəyişiklik edib. Camal Qasımov və Elnur Əliyev nazirin yeni müşavirləri təyin ediliblər. C.Qasımov bundan öncə Təhsil Nazirliyinin Aparat rəhbəri, E.Əliyev isə Nazirliyin informasiya şöbəsinin müdiri olub. O, həm də bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub.

M.Cabbarovun köməkçisi isə Ceyhunə Muxtarova təyin olunub.

C.Muxtarova M.Cabbarovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində və Təhsil Nazirliyində köməkçisi olub.

Köhnə komandadan olan Ələkbər Məmmədov, İlham Əmirəliyev, Taryel Quliyev, Elçin Məmmədov, Rəşad Həbibov, Əflatun Məmmədov, İlqar Əhmədov, Mahir Rəfiyev, Rahim Əfəndiyevin vəziyyətinin heç də ürəkaçan olmadığı bildirilir. Bəzi məlumatlara görə, Vergilər Nazirliyində müşavirlərin sayının azaldılacağı gözlənilir. Bu isə o deməkdir ki, eks-nazir Fazil Məmmədovun komandasında olmuş müşavirlərin işdən azad ediləcəyi istisna deyil.

Xatırladaq ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini Namiq Quliyev də artıq yola salınıb. O, Fazil Məmmədovun yeznəsidir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: davam, Memmedovun, edir, getdi, 2, Nazirliyinden, tokumu, kadri, , yarpaq, Fazil, Vergiler, daha
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ