SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Arif Əsgərovla oğlunun həbsinə hazırlıq gedir: 48 milyonluq yeyintinin şok detalları

Arif Əsgərovla oğlunun həbsinə hazırlıq gedir: 48 milyonluq yeyintinin şok detalları

Tarix:

17-02-2017, 00:09

/ 2 203 dəfə oxundu.
Arif Əsgərovla oğlunun həbsinə hazırlıq gedir: 48 milyonluq yeyintinin şok detalları

Ləğv edilən Nəqliyyat Nazirinin müavini Arif Əsgərovun istintaqa çağrıldığı və həbsinə hazırlıq getməsi ilə bağlı KİV-lərdə məlumat yayılıb

Məsələ ilə bağlı unikal.org-a açıqlama verən A.Əsgərov deyib ki, onu istintaqa çağırmayıblar: “İstintaqa çağrılmamışam. Bu nə xəbərdir yazılıb? Bu cür söz-söhbətlərin əsası yoxdur”.

Sabiq nazir müavini vaxtilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) marketinq şöbəsinin rəisi olmuş, baldızı oğlu Rahib Hüseynovun 48 milyonluq mənimsəmədə ittiham olunaraq həbs edilməsinə də münasibət bildirib:

“Bununla bağlı istintaq gedir. İstintaq məsələ ilə bağlı öz sözünü deyəcək. Mən nə deyə bilərəmki? İstintaqda adigedən şəxs mənim qohumumdur. Amma bu məsələnin mənə heç bir aidiyyatı yoxdur”.

Sabiq nazir müavini QSC-dəki 48 milyonluq korrupsiya faktı ilə bağlı baldızı oğlunu günah keçisi kimi qabağa verməklə özünü həbs təhlükəsindən qoruyub.

O bu yolla oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovu məsuliyyətdən kənarda saxlamağı bacardı. Məsələ mətbuatda hallanmağa başlayan kimi A.Əsgərov oğlunu xaricə göndərdi.

Beləliklə, əsas fiqur hadisələrdən kənarda qala bildi. Əvəzində Rahib Hüseynov və qardaşı etmədikləri qanunsuzluqlara görə həbsdə qaldılar.

Məlumata görə, A.Əsgərovun 48 milyonluq işi yenidən gündəmə gəlib. Buna səbəb əsas himayəçisi Ziya Məmmədovun vəzifədən kənarlaşdırılmasıdır. İstisna edilmir ki, A.Əsgərov dayaqlarını itirdikdən sonra məsuliyyətə cəlb edilsin.

Hazırda Arif Əsgərovun iki yolu var: ya mal varlığını dövr edib, azadlığını satın almalıdı, ya da ölkədən tez bir zamanda qaçmalıdır ki, istintaq onu qandallaya bilməsin.

Onu həbs etmək üçün kifayət qədər əsas da var. Ata-oğul Əsgərovların ayağında 48 milyon oğurluq var. Təkcə bu faktı qurdalamaqla A.Əsgərovu qandallamaq mümkündür.

Arif Nəriman oğlu Əsgərov 1961-ci il yanvarın 1-də Tovuz rayonunun Qovlar qəsəbəsində anadan omuşdur. 1982-ci ildə Lenin Ordenli və Qırmızı Əmək Bayrağı Ordenli Moskva Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun «Dəmir yolunun iqtisadiyyati və idarə edilməsi» ixtisasını bitirmişdir.

1982-1989–cu illərdə Azərbaycan dəmir yolu Bakı maliyyə şöbəsinin müffətişi, 1989-1993–cü illərdə yolun mühasibat və maliyyə xidməti rəisinin müavini, 1993-1993–cü illərdə yolun maliyyə xidmətinin rəisi, 1993-1994–cü illərdə yolun maliyyə xidməti rəisinin müavini, 1994-1996–cı illərdə «Azərreyl» Səhmdar Cəmiyyətinin Baş direktorun 1-ci müavini, 1996-cı ildə Azərbaycan Dövlət Dəmir Yolu maliyyə və məlumat xidmətinin rəisi, 1996-2000–ci illərdə yolun maliyyə xidmətinin rəisi, 2000-2003-cü illərdə yolun «Tarif və nəqliyyatservis» xidmətinin rəisi işləyib.

2003-2004-cü illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Maliyyə və kredit departamentinin rəisi, 2004-2009–cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi olub.

2009-2015-ci illərdə isə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb. 9 fevral 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Nəqliyyat nazirinin müavini təyin edilib.

Şərhlər

XƏBƏR LENTİ