SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov və Rövşən Fərhadovun Realliq.info - ya qarşı iddiasına məhkəmədə baxıldı - VİDEO

SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov və Rövşən Fərhadovun Realliq.info - ya qarşı iddiasına məhkəmədə baxıldı - VİDEO

Tarix:

21-12-2017, 18:40

/ 6 808 dəfə oxundu.
SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov və Rövşən Fərhadovun Realliq.info - ya qarşı iddiasına məhkəmədə baxıldı - VİDEO

Dünən Masallı rayon məhkəməsində "SOCAR"-ın vitse -prezidenti Mikayıl İsmayılovun Realliq.info (Realliqinfo.com) saytına və onun baş redaktoru İkram Rəhimova qarşı qaldırdığı iddiaya baxılıb. İşə, Masallı məhkəməsinin sədri Firdovsi Əliyev baxıb. Milkayıl İsmayılovun rəhbəri olduğu "Az-Granata" MMC -nin iddia tələbi saytın təkzib verməsi, üzr istəməsi və baş redaktorun 200 min manat MMC -yə ödəməsindən ibarət idi.
2 saat davam edən prosesdən sonra məlum olub ki, Mikayıl İsmayılovun məhkəməyə göndərdiyi vəkillərdən biri Realliq.info - nun baş redaktoruna qarşı tələbdən imtina edib və "Az-Granata"MMC-nin iddasını müdafiə etməyib. Digər vəkil isə proses zamanı, İkram Rəhimovun təqdim etdiyi faktlar qarşısında aciz qalıb. Hətta məhkəmənin hakimi iddaçı tərəfə iradlarını bildirərək iddiadan kənar suallar verdiyi üçün ona xəbərdarlıq edib. M.İsmayılovun vəkili isə əsəblərini cilovlaya bilməyərək proses zamanı mübahisələrə zəmin yaradıb.
Qeyd edək ki, "Az-Granata" MMC saytda dərc olunan "AZ-Granata"-nın məhsulları həyat üçün təhlükəlidir" başlıqlı məqalədə qeyd olunan faktları təkzib edir və bunu müəssisənin nüfuzuna, onun rəhbərliyinin şərəf və ləyaqətinə təhqir hesab edir. Lakin son zamanlar, bu zavodun istehsal etdiyi məhsullardan zəhərlənmələrin sayı çoxalmaqdadır. Vətəndaşlar Azad İstehlakçılar Birliyinə də müraciət edərək zəhərlənmələr barədə məlumat vermiş və şikayətçi olduqlarını yazmışlar. Bununla yanaşı zavodda istehsal olunan məhsullarda adların Azərbaycan dilində yazılması həyata keçirilmir və bu da qanunsuzluq hesab olunur. İstehsal etdiyi məhsulların satışı zamanı dövlət vergisindən yayınmalara yol verən zavod rəhbərlyi öz qanunsuz əməllərini ört-basdır edə bilmir.
Məhkəmə prosesində Mikayıl İsmayılovun və "Az-Granata"MMC -nin direktoru Rövşən Fərhadovun qanunsuz fəaliyyəti ilə bağlı araşdırmaların davam etdiyini bildirən Realliq.info -nun baş redaktoru adıçəkilən məmurun tabeçiliyində olan zavodda istehsal olunan məhsulların insan həyatı üçün təhlükə mənbəyi olduğunu bir daha sübut edib. Bundan sonra ilkin iddiadan imtina edən "Az-Granata" MMC -nin nümayəndəsi növbəti iddia ilə məhkəməyə müraciət edib. Məhkəmənin hakimi iddiaçı tərəfin növbəti iddianın qəbul edilməsi tələbinə təyin edilən ekspertizadan sonra cavab veriləcəyini bildirib.
Məhkəmə prosesi bitəndən sonra Realliq.info saytının baş redaktoru İkram Rəhimov "Xeberman.com"a müsahibə verib. Həmin müsahibəni olduğu kimi diqqətinizə çatdırırıq:

Şərhlər

XƏBƏR LENTİ