SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “Mən aldadılmışam...” - Fədayə Laçın

“Mən aldadılmışam...” - Fədayə Laçın

Tarix:

21-12-2017, 13:46

/ 1 518 dəfə oxundu.
“Mən aldadılmışam...” - Fədayə Laçın

Bu gün Bakı Apellyasiya Məhkəməsində “oğru”ların konvoy nəzarətindən qaçmasına kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması barədə vəsatətlə bağlı Nəsimi Rayon məhkəməsinin qərarından verilən şikayətə baxılıb.

Qərar qüvvədə saxlanılıb, F.Laçın azadlığa buraxılmayıb.

F.Laçın məhkəmədə çıxış edərək "Mən bu işdə aldadılmışam" deyib.

Baş Prokurorluğun məlumatına görə, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı başlanan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ə.Ağami Şirvan şəhərində həbs edilib, “Qoca”nın saxlanılması üçün keçirilən əməliyyat zamanı o, müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirilib.

Şərhlər

XƏBƏR LENTİ