yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Eldar Mahmudovun qohumu cəzaçəkmə müəssisəsinə köçürüldü - “Rabitə işi”

Eldar Mahmudovun qohumu cəzaçəkmə müəssisəsinə köçürüldü - “Rabitə işi”
20-12-2017, 16:54 133 dəfə baxılıb

“Rabitə işi” üzrə həbs edilən Bakı Telefon Rabitəsi İstehsalat Birliyin ( BTRİB)-in sabiq rəisi Beytulla Hüseynov cəza çəkmə müəssisəsinə köçürülüb.

Məlumata görə, Beytulla Hüseynov saxlandığı Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsinə etap edilib.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və digərləri 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin şəxslərin əmlaklarının üzərinə həbs qoyulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynovun hər biri 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Zeynalovun cəzası 4 ilə və B.Hüseynovun cəzası isə 7 il 6 aya endirilib.

Onu da qeyd edək ki, Beytulla Hüseynov məhkəmə dövründə dövlətə vurduğu 10 milyon manatlıq ziyanı tam ödəyib.

Xatırladaq ki, Beytulla Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ishi, Rabite, cezachekme, , qohumu, Mahmudovun, Eldar, muessisesine, kochuruldu
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ