SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Gömrük Komitəsinin sabiq əməkdaşı məhkəmə qarşısında

Gömrük Komitəsinin sabiq əməkdaşı məhkəmə qarşısında

Tarix:

18-12-2017, 15:56

/ 1 682 dəfə oxundu.
Gömrük Komitəsinin sabiq əməkdaşı məhkəmə qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən, Gömrük Komitəsinin sabiq əməkdaşı Möhöbbət Əhmədovun məhkəməsi keçirilib.

Hakim Faiq Qəniyevin icraatında olan prosesdə baxış iclası keçirilib. M.Əhmədov özünü qismən təqsirli bildiyini deyib.

O ifadə verərək deyib ki. zərərçəkmiş Nizaməddin Məmmədovdan 113 min manat alaraq onu Mədəni-Maarif Texnikumuna direktor təyin etdirəcəyini vəd edib: “Mən bu işi Eldarın vasitəsilə həll edəcəkdim. Pulu da ona verdim, sonra Eldar intihar etdi. İş də alınmadı. Sonra da Nizaməddinə 31 min manat qaytardım”.

Proses dekabrın 25-də davam etdiriləcək.

Şərhlər

XƏBƏR LENTİ