yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Bakıda hamamda qonşu gəlinlə tutulan kişi barədə YENİ XƏBƏR

Bakıda hamamda qonşu gəlinlə tutulan kişi barədə YENİ XƏBƏR
15-12-2017, 11:26 452 dəfə baxılıb

4 gün əvvəl Bakıda baş vermiş qətl hadisəsi ilə bağlı xəbərdə adı hallanan şəxs həbs edilib.
Qayınatası Seyidmalik Məmmədov tərəfindən güllələnərək öldürülən 24 yaşlı Aysellə gizli münasibətlərinin olduğu üzə çıxan qonşu Təhmasib saxlanılıb. Məhkəmə 4 uşaq atası olan 37 yaşlı Təhmasib barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Gəlinini öldürən 59 yaşlı Seyidmalik Məmmədov barəsində isə istintaq müddəti üçün 4 aylıq həbs qərarı verilib.
Qeyd edək ki, oğlunun 24 yaşlı həyat yoldaşı Aysel Məmmədovanı güllələyərək öldürən 1958-ci il təvəllüdlü Məmmədov Seyidmalik Məzahir oğlu polisə təslim olub.
İlkin araşdırmalardan sonra məlum olub ki, S.Məmmədov gəlinini qısqanclıq zəminində öldürüb. Belə ki, S.Məmmədovun oğlu Aysellə 5 il əvvəl ailə həyatı qurub və onların bir oğlu dünyaya gəlib. S.Məmmədovun həyəti geniş olduğundan orada oğlu üçün ayrı ev tikib. Lakin ailələrin hamam-tualeti bir imiş. Bir neçə gün əvvəl 59 yaşlı kişi həyətdəki hamamda gəlinini qonşuluqda yaşayan, ailəli və 4 uşaq atası olan 37 yaşlı Təhmasiblə tutub. Kişi həm gəlinindən, həm də Təhmasibdən qəsəbəni tərk etmələrini istəyib, əks halda onları öldürəcəyini deyib. O, məsələni oğlundan gizli saxlayıb.
Həmin hadisədən sonra Təhmasib Bakını tərk edib və Zaqatalada məskunlaşıb. Aygün isə əvvəlki kimi həyətdəki evdə yaşamağa davam edib. Seyidmalik Məmmədov bir neçə dəfə gəlininə çıxıb getməsini, onun həyat yoldaşına xəyanət etməsindən sonra burada yaşamasının düzgün olmadığını desə də, qadın buna əhəmiyyət verməyib. Əsəblərinə hakim ola bilməyən kişi tüfənglə gəlinini güllələyərək öldürüb.
İlkin araşdırmalar zamanı o da məlum olub ki, 24 yaşlı gəlinlə qonşuluqda yaşayan kişi arasında aylar ərzində gizli sevgi münasibəti olub və onlar müntəzəm olaraq yazışıb, hətta Aygün Təhmasibə çılpaq fotolar da yollayıb.

Araşdırmalar davam etdirilir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: tutulan, YEN, XEBER, hamamda, Bakida, barede, gelinle, qonshu, kishi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-10-2018


18-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ