SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » İlhamə Quliyevanın oğlu polis nəzarətinə verildi

İlhamə Quliyevanın oğlu polis nəzarətinə verildi

Tarix:

11-12-2017, 13:49

/ 1 547 dəfə oxundu.
İlhamə Quliyevanın oğlu polis nəzarətinə verildi

Mərhum Xalq artisti İlhamə Quliyevanın oğlu, barəsində cinayət işi başlanılmış Orxan Nadirov azadlığa buraxılıb.

Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, dekabrın 8-də Orxan Əhməd oğlu Nadirov polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə başlanmış cinayət işi üzrə axtarışda olub.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevralın 25-də 73 yaşında dünyasını dəyişib. O.Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb.

Şərhlər

XƏBƏR LENTİ