SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » AST Telman, Rza Zərrab, “Palmali” Mübariz... - Azərbaycanlı oliqarxlar niyə bəlada?

AST Telman, Rza Zərrab, “Palmali” Mübariz... - Azərbaycanlı oliqarxlar niyə bəlada?

Tarix:

7-12-2017, 10:19

/ 2 982 dəfə oxundu.
AST Telman, Rza Zərrab, “Palmali” Mübariz... - Azərbaycanlı oliqarxlar niyə bəlada?

Azərbaycanlı oliqarxların başı bəladan açılmır. Rusiya Mübariz Mənsimovla Telman İsmayılovu, ABŞ Rza Zərrabı mühakimə etməkdədir
Rusiyanın ən iri dövlət bankı milyarder Mübariz Mənsimova məxsus olan “Palmali” şirkətinə qarşı iddia qaldırıb
Rusiyanın Rostov vilayətinin Arbitraj Məhkəməsinin məlumatına görə, hakim V.S.Biryukovanın icraatında olan iddiada “Sberbank” “Palmali”dən 10,3 milyon dollardan artıq vəsaitin ödənilməsini tələb edir.
Bu, Rusiyanın ən iri maliyyə təşkilatının Mübariz Mənsimovun şirkətinə qarşı ilk maddi tələbi deyil.
Belə ki, 2015-ci ildə bank “Palmali”ni kredit öhdəliklərini yerinə yetirməməkdə ittiham edib və 214 milyon rubl vəsaitin şirkətdən alınmasını istəyib.
Bu məbləğ 2013-cü ilin oktyabr ayında bağlanmış iki kredit müqaviləsinə görə borc məbləği olub.
Hazırda ABŞ-da həbsxanada olan azərbaycanlı iş adamı Rza Zərrabın isə bütün mülkünü İstanbul Cümhuriyyət Baş Prokurorluğu müsadirə edib.
Belə ki, Zərabla bərabər ona yaxın 23 nəfərin mülkü də müsadirə edilib. Türkiyə mətbuatı Rza Zərrabın Azərbaycandakı yatırımlarına da əl qoyulduğu barədə məlumat dərc edib.
Azərbaycanda ən məşhur banklardan biri olan "Bank of Baku”nun 40 faiz səhmdarı "NAB Holdinq” şirkətinə məxsusdur.
«NAB Holding»ə Nader Mohaghegh Oromi, Bahram Mohaghegh Oromi və Şahram Mohaghegh Oromi tərəfindən nəzarət edilir.
Məlumatlara görə, «NAB Holding»in sahiblərindən Şəhram Oromi Rza Zərrabın bacısının əridir. Lakin şirkət rəhbərləri bunun Rza Zərrabla heç bir kommersiya əlaqəsi olmadığını bildirib.
Bununla belə, Baş ofisi İstanbulda (Türkiyə) yerləşən, başda pərakəndə olmaqla yanaşı avtomobil və maliyyə sahələrində də fəaliyyət göstərən NAB Holding-ə daxil olan "Qafqaz Lizinq” ASC şirkəti də 2007-cü ildən ölkəmizdə fəaliyyət göstərir.
"Qafqaz Lizinq” ASC Azərbaycanda ilk mikrolizinq məhsulları təqdim edən lizinq şirkətidir.
Məlumatda qeyd edilir ki, bütün bu şirkətlərlə bağlı Türkiyə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır və yaxın günlərdə R.Zərrabın Azərbaycandakı bu mülkləri də əlindən alınacağı iddia edilir.
Azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov və ailəsi adam öldürməkdə ittiham olunur.
“AST Telman” yaxın vaxtlarda cinayət qruplaşması yaratmaq və qətllər törətmək şübhəsiylə axtarışa verilə bilər. İsmayılovun adının hallandığı cinayət əməllərindən biri də Lianozovsk bazarının yandırılmasıdır.
Hazırda cinayət işiylə bağlı sənədləri Rusiya istintaq komitəsi öz nəzarətinə götürüb. AST Telman isə Fransadan siyasi sığınacaq alıb. Onu Rusiyadan didərgin salıblar.
İki azərbaycanlı oliqarxın Kremlin harda quyruğunu tapdalaması hələlik aydın deyil. Lakin bu suallar bizim üçün açıq qalır. Hər iki oliqarx Putin tərəfindən cəzalandırılmasının səbəblərini bilirlər.
Biz bəzi ehtimal və versiyalar irəli sürə bilərik: ya azərbaycanlı oliqarxlara qarşı cəza ekspedisiyası işə düşüb və ardı gələcək. Əvvəla, hər iki oliqarx azərbaycanlı olsalar da, Azərbaycan hakimiyyətinə siyasi bağlılıqları yoxdur.
Onların Azərbaycanda biznes maraqları var. Rusiyada isə hansısa anti-Putin projedə yer almayıblar. Ona görə də yalnız bir versiya qalır ki, oliqarxlar rus dövləti ilə lazımınca hesablaşmırlar.
Rusiyada hakimiyyət - oliqarxiya münasibətləri özünəməxsusdur. Hakimiyyət onlara sosial proyektləri həvalə edir, əvəzində bəzi güzəştlər edir.
Məsələn, Roman Abramoviç Çukotkanın qubernatoru olarkən orada bir sıra layihələr üçün pul xərclədi, amma bundan heç bir gəlir götürmədi.
Hakimiyyət bu münasibətləri ədalətli hesab edir, belə ki, oliqarxların vaxtı ilə qazandığı pullardan Rusiya dövlətinə və əhaliyə də nəsə xərclənir.
Putinin adamları Telman İsmayılova da bu tipli bir neçə proyekt təklif etsələr də, tərəflər qiymət məsələsində razılığa gələ bilməyiblər. Belə çıxır ki, məhz bu səbəbdən Telman İsmayılov "Mardan Palace"ı Soçidə yox, Antalyada inşa etdirdi.

Şərhlər

XƏBƏR LENTİ