SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Jurnalistləri döydürmüş Ziya Məmmədovun “sizə hörmətim var” mesajının şok - Gizlinləri

Jurnalistləri döydürmüş Ziya Məmmədovun “sizə hörmətim var” mesajının şok - Gizlinləri

Tarix:

16-02-2017, 00:52

/ 2 241 dəfə oxundu.
Jurnalistləri döydürmüş Ziya Məmmədovun “sizə hörmətim var” mesajının şok - Gizlinləri

Ləğv edilmiş Nəqliyyat Nazirliyinin keçmiş rəhbəri Ziya Məmmədov vəzifədə olduğu dövrdə mediaya qarşı kobud münasibəti ilə seçilirdi

Eks-nazir mətbuatın suallarını cavablandırmır, medianı saymır, jurnalistlərə açıqlama vermir, yeri gələndə onları məhkəməyə verir, sualı dinlər-dinləməz telefon zənglərini asırdı.

Məlumata görə, nazirin fəaliyyətini kiçik ekskursiya kifayət edir ki, mətbuatla münasibətləri haqda təsəvvürü yaransın.

Düzdür, Ziya Məmmədov hər gün tənqid olunan, hər gün barəsində ittihamlar olan bir nazir idi. Elə gün olmayıb ki, saytlar və qəzetlər ondan yazmasın. Amma bunun real səbəbləri də var idi.

Əvəzində isə nazir oğlunun ayı kababı yeməsi haqda iddialara görə, iki qəzeti cərimələtmişdi, villasını çəkmiş jurnalistlər - Anar Gəraylı və Elmin Bədəlovu döydürmüşdü, qardaşı oğlu Aynar Məmmədov barəsində Feysbukda status yazdığı üçün jurnalist Fərahim İlqaroğlunu döydürmüşdü.

Bundan başqa nazir ona zəng edib açıqlama almaq istəyənlərə “işiniz-gücünüz yoxdur” deyib telefonu asırdı. Bununla da mətbuatın düşməni adını qazanmışdı və jurnalistlərlə dostluq etmirdi. Başqa nazirlərin heç biri mediaya bu dərəcədə nifrət etmir, jurnalistləri döydürmürdü.

Məlumata görə, Ziya Məmmədov vəzifədən gedəndən sonra mətbuata münasibətini dəyişib.

Ziya Məmmədov “Hazırda evimdəyəm. Aydın olan nə isə haqqında nə danışım? Artıq heç bir fikir bildirməyə isə ehtiyac yoxdur. Mən artıq nazir deyiləm, adi vətəndaşam. Siz jurnalistlərə də hörmətim var.

Artıq nazir olmadığım üçün danışası da bir şey yoxdur” şəklində münasibət bildirib. Sabiq nazirin bizə dediklərindən bir daha belə qənaətə gəlmək olar ki, o, hansısa vəzifəyə təyin edilib-edilməyəcəyi barədə məlumatsızdır.

Amma diqqət çəkən məqam jurnalistlərə hörmətinin olmasını deməsidir. Başqa bir nüans adi vətəndaş olduğunu vurğulamasıdır. Görünür ki, Ziya Məmmədov hakimiyyətinin bitdiyini anlayıb və media ilə dil taparaq bundan sonra onu daha çox sıxmamağı ismarıc verir.

Eyni zamanda onun adi bir vətəndaş olduğunu deməsi insanların ona ürəyinin yumşalması və fəaliyyətini təftiş etməmək cəhdidir. Yəni, mənə yazığınız gəlsin, həbs belə oluna bilərəm.

Məsələn, nazirin 2014-cü ildə F.İlqaroğlunun döyülməsi haqda söylədikləri: “Aynar jurnalisti döydürməklə bağlı heç kimə göstəriş verməyib. Amma idmançıya kimlərsə Aynarın adını yazmağı məcbur edib. Görünür, təzyiq altında o da Aynarın adını verib.

Mən bu məsələ gündəmə gələndə Elton Məmmədovla əlaqə saxladım. Onunla söhbət zamanı bildirdi ki, Aynarın bu məsələdə heç bir təqsiri yoxdur. Yayılan foto və video görüntülərin də çoxu kollajdır.

Yəqin ki, bizi istəməyən qüvvələr aranı qarışdırırlar. Ümumiyyətlə, mən bu məsələlərə qarışmıram. Bir daha deyirəm ki, mən dövlətə və dövlətçiliyə, eyni zamanda, cənab prezidentə xidmət edirəm”.

Bu açıqlamanı şərh etməyə ehtiyac yoxdur, eks-nazir özü hər şeyi özü təkzib etdiyi açıqlamada təsdiq edib. Mərdəkanda nazirin villalarını çəkmiş A.Gəraylı və E.Bədəlovu da nazirin mühafizəçiləri ölümünə döymüşdü. Sonra uzun müddət bu məsələlər gündəmdə qaldı.

Ehtimal olunur ki, keçmiş nazirin vəziyyəti indi gərgindir, adi vətəndaş olduğunu deməklə özünə olan qəzəbi azaltmağa çalışır və büdcə vəsaitlərini mənimsəmə ittihamı ilə məsuliyyətə cəlb olunması istisna deyil.

Şərhlər

XƏBƏR LENTİ