SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Vidadi Zeynalovun ailə üzvləri məhkəmədə - kassasiya şikayətləri icraata götürülüb

Vidadi Zeynalovun ailə üzvləri məhkəmədə - kassasiya şikayətləri icraata götürülüb

Tarix:

1-12-2017, 11:36

/ 1 655 dəfə oxundu.
Vidadi Zeynalovun ailə üzvləri məhkəmədə - kassasiya şikayətləri icraata götürülüb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalovun ailə üzvlərinin mülklərlə bağlı verdiyi kassasiya şikayət icraata götürülüb.
İş Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin icraatına verilib.
Məhkəmənin ilkin baxış tarixi isə hələlik məlum deyil.
Qeyd edək ki, V.Zeynalov və digərləri 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin şəxslərin əmlaklarının üzərinə həbs qoyulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 4 ilə endirilib.
Həmçinin qərara əsasən, V.Zeynalov və digər təqsirləndirilən şəxslərin bəzi əmlaklarının üzərinə qoyulmuş həbs götürülüb. Belə ki, təqsirləndirilən şəxslərin 2009-cu ilə qədər əldə olunan əmlakların üzərindən həbs götürülüb və müsadirə dayandırılıb.
Daha sonra V.Zeynalovun ailə üzvləri kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Şərhlər

XƏBƏR LENTİ