SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Nazirə bərabər iki müavin işsiz qaldı: Musa Pənahov Moldova biznesinə, Arif Əsgərov isə...

Nazirə bərabər iki müavin işsiz qaldı: Musa Pənahov Moldova biznesinə, Arif Əsgərov isə...

Tarix:

15-02-2017, 00:19

/ 3 759 dəfə oxundu.
Nazirə bərabər iki müavin işsiz qaldı: Musa Pənahov Moldova biznesinə, Arif Əsgərov isə...

Nəqliyyat Nazirliyinin ləğvi bu qurumda iki iri fiqurun da işsiz qalması ilə nəticələndi. Nazir Ziya Məmmədovun müavinləri Musa Pənahov və Arif Əsgərovla bağlı təyinat olmadı. Hətta onlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilən nəqliyyat sahəsinə müavin təyin olunmadılar.

Bu haqda məlumat daxil olub. Dəmir Yolları QSC sədri olmuş Arif Əsgərov üçün karyerasının tənəzzül dövrü bu vəzifədən kənarlaşdırılması ilə başlamışdı. Ancaq Ziya Məmmədov onu çətiri altına aldı və müavin təyin etdi.

Ölkə rəhbərliyinin qərarına zidd hərəkət edən nazir bu jesti ilə qəzəbə tuş gəlmişdi. İndi nə M.Pənahov, nə də A.Əsgərov vəzifəli şəxsdir.

Azərbaycanda heç bir biznes strukturu qalmayan Musa Pənahov ölkədən “köç edir”. Moldovan qudasıyla ortaq layihələrə girişən nazir müavini bu ölkədə biznesini çiçəkləndirir.

Musa Pənahovla Ziya Məmmədovun şəxsi tanışlıq və dostluq münasibətlərinin uzun illik tarixçəsi var.

Belə ki, əmək fəaliyyətinə 1976-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Keşlə Yük Stansiyasında başlayan Musa Pənahov elə o zamanlardan Ziya Məmmədovun ən yaxın adamlarından biri hesab olunurdu.

Elə onun parlaq karyerası da məhz Ziya Məmmədovla yaxın dostluq əlaqələrinə görə reallaşıb. O, 1984-1988-ci ildə Azərbaycan Dövlət Dəmir Yolunun Bakı dəmir yol hissəsinin Plan-iqtisad şöbəsinin rəis müavini və rəisi vəzifəsində çalışarkən də onun başlıca himayədarı məhz Ziya Məmmədov idi.

Musa Pənahov özünün biznes strukturlarını tam olaraq Moldovaya köçürüb. Musa Pənahov Moldovanın sabiq prezidenti Vladimir Voroninlə qudadır. Belə ki, Musa Pənahovun oğlu bir neçə il bundan öncə Voroninin nəvəsi ilə ailə həyatı qurub.

Verilən xəbərə görə, Arif Əsgərovun da biznesi var. Ziya Məmmədov və Arif Əsgərovun Azərbaycanda, Türkiyədə, İngiltərədə, Çexiyada və bir sıra başqa ölkələrdə ortaq biznesləri var.

Bu iki şəxs dövlət vəzifələrinin verdiyi mövqelərdən istifadə edərək, küllü miqdarda vəsait toplamış, eyni zamanda onları Azərbaycandan çıxardaraq, bir sıra ölkələrdə ən müxtəlif sahələr üzrə biznesə yatırıblar.

Nəqliyyat və dəmir yolu sektorunda bugünkü bərbad vəziyyətin əsas səbəbi də budur ki, onlara rəhbərlik edən bu iki şəxs ölkənin ən çox korrupsiyalaşmış məmurlarıdır.

Mətbuat yazıb ki, hər iki nazir müavini bu səhər saatlarında iş yerlərinə gəliblər. Olduqca üzüntülü görünən Musa Pənahovla Arif Əsgərov bir neçə dəqiqə nazirliyin həyətində gəzişiblər. Hər iki şəxsi pəncərədn seyr edənlər onların məyusluqlarını açıq şəkildə görə biliblıər. Təxminən 30 dəqiqə söhbətləşən hər iki oliqarx iş otaqlarına keçiblər.

Şərhlər

XƏBƏR LENTİ