yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ziya Məmmədova yaxın icra başçılarına GEDİRLƏR

Ziya Məmmədova yaxın icra başçılarına GEDİRLƏR
14-02-2017, 22:27 1 340 dəfə baxılıb
yüklənir...

Prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib. İki nazirliyin əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.
Prezidentin digər sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Hələ ötən ildən Nəqliyyat Nazirliyinin bir çox səlahiyyətləri alınmışdı. O, zamandan nazirliyin ləğv olunacağı və ya digər nazirliyə birləşdiriləcəyi haqqında məlumatlar yayılırdı. Əslində bu sərəncam heç də gözlənilməz olmadı.
Ancaq Nəqliyyat Nazirliyi ləğv eidldikdən sonra Ziya Məmmədovun yeni yaradılacaq nazirliyə rəhbər təyin olunacağı gözlənilirdi. Sabiq nazirin bu ümidləri də suya düşdü. Bir müddət öncə Ziya Məmmədovun sahibi olduğu “Garant Holding”in də daşınmaz əmlaklarının satışa çıxırıldığı haqqında informasiyalar yayıldı. Artıq Məmmədovların “biznes imperiyası” tənəzzül dövrünü yaşayırdı. Ziya Məmmədov artıq nazir deyil və demək olar ki, heç bir təsir imkanları qalmayıb. Bu baxımdan Nəqliyyat Nazirliyinin ləğv olunması təkcə Ziya Məmmədovun işsiz qalması anlamına gəlməyəcək. Yaxın günlərdə Ziya Məmmədovun “kurasiyasında” olan icra başçıları da vəzifələrindən kənarlaşdırılacaq. Çünki, Ziya Məmmədov artıq öz icra başçılarını qorumaq gücündə deyil.
Görünən odur ki, ilk hədəfə gələn rayon rəhbərləri də məhz Ziya Məmmədovun nəzarətində olan icra başçıları olacaq. Vəzifədən kənarlaşdırılacaq icra başçılarını isə hansı aqibətin gözlədiyi sual altındadır. Çünki, Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Departamentinin apardığı yoxlamalar zamanı bir çox rayon İcra hakimiyyətlərində yeyinti hallarına rast gəlinib və bununla bağlı aidiyyatı dövlət qurumlarına rəsmi hesabatlar göndərilib.
Bu baxımdan işdən çıxarılacaq icra başçılarını cəza gözləyir. Nəqliyyat Nazirliyinin ləğv olunmasından sonra kimlərin hədəfə gələcəyi isə yaxın zamanda bəlli olacaq. Nəzərə alsaq ki, təkcə Nəqliyyat Nazirliyi deyil, bir neçə nazirliyin birləşdirilməsi məsələsi hələ də gündəmdədir, digər nazirlərin də Ziya Məmmədovun aqibətinin gözləməsi istisna edilmir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-08-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ