SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Vaqondan qaçan məhbus apellyasiya şikayəti verəcək

Vaqondan qaçan məhbus apellyasiya şikayəti verəcək

Tarix:

27-11-2017, 17:14

/ 1 589 dəfə oxundu.
Vaqondan qaçan məhbus apellyasiya şikayəti verəcək

Oktyabrın 23-də Lənkərandan Bakıya xüsusi təyinatlı vaqonla gətirilərkən qaçan məhkumlardan biri Əli Ağami Sabunçu rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verəcək.

Hazırda Ə.Ağaminin barəsində çıxarılan hökmdən şikayət hazırlanır.

Şikayət yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsinə təqdim olunacaq.

Xatırladaq ki, Sabunçu rayon Məhkəməsinin hökmü ilə Əli Ağami cəzasının 4 ilini qapalı həbsxanada çəkməklə, 19 il müddətinə azadlıqdan məhrum edilib.

İş üzrə təqsirləndirilən digər şəxslər - kriminal avtoritet Tahir Məlikov, "Maqa Hacıqabullu" ləqəbli Məhəmməd Heydərov və Əfsər İbrahimov hər biri 18 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hökm elan olunan iş üzrə E.Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə.Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunublar. Noyabrın 2-də hüquq-mühafizə orqanları əməkdaşları E.Məmədovun tutulması ilə bağlı əməliyyat keçirərkən o polis əməkdaşlarına atəş açıb, əməliyyat nəticəsində E.Məmmədov öldürülüb.

Şərhlər

XƏBƏR LENTİ