SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “Sevil Massivi” işi DAYANDIRLDI - MƏHKƏMƏDƏN

“Sevil Massivi” işi DAYANDIRLDI - MƏHKƏMƏDƏN

Tarix:

22-11-2017, 16:23

/ 1 787 dəfə oxundu.
“Sevil Massivi” işi DAYANDIRLDI - MƏHKƏMƏDƏN

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda və mənimsəmədə təqsirləndirilən "Sevil Massivi" MMC-nin təsisçisi Aynur Zeynalov və digərlərinin barəsindəki hökmdən verilən şikayətə baxılıb.

Hakim Elman Əhmədovun icraatında olan prosesdə iş geri qaytarılıb.
Belə ki, məhkəmə protokolların olan bir neçə sənədə qeydlərin edilməməsi səbəbindən cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb. İşin baxılması dayandırılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aynur Zeynalov 9 il, Zabit Çələbiyev və Elmin İsmayılovun hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Mirdamat Muradıyev və Səbinə Əliyevaya şərti cəza verilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Təqsirləndirilən şəxslər 19 milyon manat zərərdən 10 milyon 500 min manatı ödəyiblər.

Şərhlər

XƏBƏR LENTİ