yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

"Azercell"in növbəti məhkəmə çəkişməsi

22-11-2017, 12:08 455 dəfə baxılıb

“Azercell Telekom” MMC ilə Azərbaycan Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti arasında məhkəmə çəkişməsi davam etdirilib.

Bakı Apellyasiya Məhkəməsində hər iki tərəfin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Valeh Ağayevin sədrliyi ilə keçirilən iclasda birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, “Azercell Telekom” MMC Azərbaycan Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC qərarın ləğv olunması və əlavə hesablanmış vergilərin, maliyyə sanksiyası və faizlərin silinməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı qismən təmin edib.

Qərardan narazı qalan hər iki tərəf apellyasiya şikayəti vermişdi.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Azercellin, mehkeme, chekishmesi, novbeti
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ