SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Çempion qızı avtomobillə vurub öldürən şəxsin məhkəməsi başladı

Çempion qızı avtomobillə vurub öldürən şəxsin məhkəməsi başladı

Tarix:

20-11-2017, 13:07

/ 2 198 dəfə oxundu.
Çempion qızı avtomobillə vurub öldürən şəxsin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əlifağa Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ə.Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 28 iyun 2017-ci il tarixdə saat 21:10 radələrində Xətai rayonu ərazisində Masallı rayon sakini, 1962-ci il təvəllüdlü Məmmədov Əlifağa Abdul oğlu sərxoş vəziyyətdə idarə etdiyi özünə məxsus “BMW” markalı, AZ 90-XU-928 dövlət nömrə nişanlı avtomobillə yolu iti ilə keçən piyada, 1995-ci il təvəllüdlü Məmmədova Reyhan İlqar qızını vurub, sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktl bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Cinayəti törətməkdə şübhəli bilinən Ə.Məmmədov tutulub.

***

12:42

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əlifağa Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Qeyd edək ki, hadisə bu il iyunun 28-də baş verib. Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı avtomobillə yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

R. Məmmədova dağadırmanma, qayayadırmanma və buzadırmanma üzrə Azərbaycan çempionu olub.

Şərhlər

XƏBƏR LENTİ