SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Mehman Hüseynovun şikayəti üzrə məhkəmə iclası keçirildi

Mehman Hüseynovun şikayəti üzrə məhkəmə iclası keçirildi

Tarix:

16-11-2017, 17:07

/ 1 810 dəfə oxundu.
Mehman Hüseynovun şikayəti üzrə məhkəmə iclası keçirildi

Bu gün Bakı Apellyasiya Məhkəməsində blogger Mehman Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmə iclası davam edib.

Hakim Əflatun Qasımovun sədrlik etdiyi iclasda M. Hüseynov ifadə verib. M. Hüseynov ittihamları qəbul etmədiyini, polis idarəsində təzyiqə məruz qaldığını deyib.

İddiaçının nümayəndəsi Əlirza Həbilov isə apellyasiya şikayətinin təmin edilməməsini istəyib.

Proses noyabrın 17-də davam edəcək.

Qeyd edək ki, sentyabrın 29-da Ali Məhkəmədə M. Hüseynovun kassasiya şikayətinə baxılıb. Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti qismən təmin olunub. M. Hüseynov barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub. Cinayət işinin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınıb.

Xatırladaq ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev bloqger M. Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, bloqgerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M. Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Həmin hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

Şərhlər

XƏBƏR LENTİ