SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Nazirin çıxardığı kadrla bağlı iddia - Nazir müavini olmaq istəyirmiş

Nazirin çıxardığı kadrla bağlı iddia - Nazir müavini olmaq istəyirmiş

Tarix:

16-11-2017, 10:48

/ 2 037 dəfə oxundu.
Nazirin çıxardığı kadrla bağlı iddia - Nazir müavini olmaq istəyirmiş

Xəbər verdiyimiz kimi, Azərbaycanın yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazov nazirliyin 3 rəhbər şəxsini vəzifədən azad edib. İşdən çıxarılanlardan biri də Enrergetika Nazirliyinin Dövlət Enerji Nəzarət İdarəsinin rəisi Cəfər Hüseynovdur.
Nazirlikdən əldə etdiyimiz məlumata görə, Cəfər Hüseynov işində yol verdiyi nöqsanlara və maliyyə yeyintilərinə görə vəzifəsindən kənarlaşdırılıb. Onun barəsində araşdırmalara başlandığı deyilir.
Digər məlumata görə, mərhum nazir Natiq Əliyevin kadrı kimi tanınan Cəfər Hüseynov “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayevlə yaxın münasibətlərini əsas gətirərək, son vaxtlar energetika nazirinin müavini vəzifəsinə də iddialı olub.
Qeyd edək ki, Cəfər Hüseynovun kiçik qardaşı Cahid Hüseynov isə hazırda “Azəriqaz” İstehsalat Birliyində yüksək vəzifədə çalışır.

NUH.az

Şərhlər

XƏBƏR LENTİ