yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Əli İnsanov bu gün yenə hakim qarşısına çıxarılır - Onun üçün “yaşıl işıq” yandırıla bilər

Əli İnsanov bu gün yenə hakim qarşısına çıxarılır - Onun üçün “yaşıl işıq” yandırıla bilər
14-11-2017, 09:49 32 362 dəfə baxılıb

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov bu gün növbəti dəfə hakim qarşısına çıxarılacaq. Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçmiş nazirin kasasiya şikayətinə baxılacaq. Proses saat 9:30-da başlayacaq.

Bu barədə İnsanovun vəkili Toğrul Babayev məlumat verdi: “Məhkəmə saat onun yarısında başlayacaq. Əli İnsanov məhkəməyə gətirilməyəcək. Onun iştirakı olmadan şikayətə baxılacaq. Məhkəməyə gətirilməməsi ilə bağlı başqa bir səbəb yoxdur, sadəcə, özü iştirak etmək istəmir. Onunla həbsxanada görüşdüm, məhkəmə ilə bağlı nəsə bir sözü-filan olmadı. Məhkəmədən hər hansı bir gözləntimiz barədə sualınıza gəlincə deyə bilərəm ki, ərizə yazmışıq, xahişimiz olunub, bəraət istəyirik. Prosesin sonunda nəticəni biləcəyik. Qərara uyğun olaraq, Avropa Məhkəməsinə müraciət edib-etməyəcəyimiz məlum olacaq”.

Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə həbs edilib.

2016-cı ilin oktyabrında İnsanovun həbs müddətinin bitməsinə 56 gün qalmış ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

2016-cı il oktyabrın 11-də məhkəmə keçmiş nazirin həbs edilməsi haqqında qərar çıxarıb. Bu ilin aprelində o, 7 il yarım azadlıqdan məhrum edilib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: biler, hakim, bu, yandirila, yashil, ishiq, gun, Onun, Eli, chixarilir, nsanov, yene, qarshisina, uchun
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ