SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » ““Trampla dostluq” məhz təzyiq elementi idi” - Politoloq

““Trampla dostluq” məhz təzyiq elementi idi” - Politoloq

Tarix:

14-02-2017, 09:16

/ 1 843 dəfə oxundu.
““Trampla dostluq” məhz təzyiq elementi idi” - Politoloq

“Ziya Məmmədov kimi nazirlərin yaratdıqları inhisarlar, gəlir gətirən stukturlarda yerləşdirdiyi qohum-əqrəbası da başlarının çarəsini qılmalıdırlar”.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu sosial şəbəkədə yazıb. Onun fikrincə artıq yeni nazirə nə Məmmədov inhisarı, nə də keçmiş nazirin adamları lazımdır: “Nazir oğlu Anar Məmmədov atasının hesabına imperiya qurmuşdu, dövlət pullarını tendersiz filansız öz strukturlarına axıdırdı. Elə ki, bir az sıxdılar, türklər demişkən ortadan kayboldu. Elə bilirdilər ki, Trampın markası altnda bina tikiblərsə və "marka" özü prezident olubsa Məmmədovlar toxunulmazlıq statusu qazanacaqlar. Birincisi, Trampdan soruşsan nəinki Məmmədov soyadını xatırlamaz, heç bu soyadı doğru-dürüst tələffüz edə bilməz. İkincisi, Azərbaycan prezidenti təzyiqə həmişə sərt reaksiya verib, "Trampla dostluq" isə məhz təzyiqin elementi idi”.

Şərhlər

XƏBƏR LENTİ