yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Bakıda 1 milyonluq dələduzluq - Keçmiş nişanlısının həbs edilməsini istədi

Bakıda 1 milyonluq dələduzluq - Keçmiş nişanlısının həbs edilməsini istədi
10-11-2017, 11:34 87 213 dəfə baxılıb

Bakıda nişanlısına qarşı dələduzluqda etməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vəfa Osmanlının cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
1971-ci ildə İmişli rayonunda anadan olmuş V.Osmanlı aili təhsillidir. Subaydır və Abşeron rayonunda yaşayır.
Zərərçəkmiş şəxs isə Asif Orucəliyevdir.
O, məhkəmədə vəsatət qaldıraraq bildirib ki, nişanlı olan zaman təqsirləndirilən şəxs ona külli miqdarda ziyan vurub, lakin həmin məbləği geri qaytarmayıb.
Zərərçəkmiş V.Osmanlının barəsində həbs qətimkan tədbirinin seçilməsini və onun məhkəmə zalından həbs edilməsini istəyib.
İş üzrə digər zərərçəkmişlər də var. Onlar da A.Orucəliyevin vəsatətini müdafiə etdiklərini deyiblər.
Məhkəmə müşavirə otağında vəsatəti müzakirə edib. Qərara əsasən vəsatət təmin edilməyib.
Məhkəmənin növbəti iclası noyabrın 17-nə təyin edilib.
V.Osmanlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. İttihama görə, o, vətəndaşlar - Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək, onların ümumilikdə 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Bakida, Kechmish, istedi, , hebs, nishanlisinin, deleduzluq, milyonluq, 1, edilmesini
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ