SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Həbs olunan rəis protokolları imzalamaqdan imtina etdi

Həbs olunan rəis protokolları imzalamaqdan imtina etdi

Tarix:

8-11-2017, 16:12

/ 82 562 dəfə oxundu.
Həbs olunan rəis protokolları imzalamaqdan imtina etdi

Vəkil xüsusi təyinatlı vaqondan qaçan iki məhbusa görə saxlanılan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qarovul rəisi Ceyhun Səmədovla görüşüb.

C. Səmədov saxlanılma şəraitindən narazı olmadığını deyib. Bununla yanaşı o, istintaq hərəkətləri aparılan protokolları imzalamaqdan imtina edib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirli bilinən C. Səmədov barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hal-hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Qaçan məhbuslardan biri Əli Ağami həbs edilib, E. Məmmədov isə zərərsizləşdirilib.

Məhkumların qaçması ilə bağlı Penitensir Xidmətin qarovul rəisi Ceyhun Səmədov və bir neçə əməkdaş həbs olunub.

Şərhlər

XƏBƏR LENTİ