SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Bələdiyyə sədrinə 8 il hökm oxundu

Bələdiyyə sədrinə 8 il hökm oxundu

Tarix:

3-11-2017, 15:07

/ 90 048 dəfə oxundu.
Bələdiyyə sədrinə 8 il hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonu, Qobu bələdiyyəsinin sədri Ənvər Əmiraslanova hökm oxunub.

Hakim Əhməd Quliyevin icraatında olan prosesdə Ə.Əmiraslanov 8 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.

Ə. Əmiraslanov dələduzluqda, mənimsəmədə və saxta sənəd düzəltmədə təqsirləndirilir. İttihama görə, o, 2010-2015-ci illərdə Abşeron rayonu, Qobu bələdiyyəsinin sədri vəzifəsində işləyərkən bələdiyyənin xəzinəsindən 4000 manat mal-material alınması adi ilə çıxarsa da, öz şəxsi mənfəəti üçün xərcləyib. 2013-cü ildə torpaq satmaq adı ilə Namiq Abdullayev, Samir Qəribov və Rəhman Nuriyevdən bələdiyyənin inzibati binasındakı xidməti otağında ümumilikdə 10000 manat pul alaraq, dələduzluq edib.

Şərhlər

XƏBƏR LENTİ