SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Milyonluq iş təxirə salındı

Milyonluq iş təxirə salındı

Tarix:

27-10-2017, 12:29

/ 113 065 dəfə oxundu.
Milyonluq iş təxirə salındı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Zeynal Ağayevin icraatında olan prosesdə E.Hüseynov zərəri ödəmək üçün əlavə vaxt istəyib. O bildirib ki, dəymiş zərər o qədər də kiçik məbləğ deyil.

Əlavə şahid kimi məhkəməyə dəvət olunan E.Hüseynovun atası iclasa gəlmədiyi üçün proses noyabrın 13-nə təyin edilib.

İttihama görə, E.Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə Emil Məmmədovdan 2 milyon 500 min dollar, Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat və Mərziyyə Rzayevadan isə 19 500 manat pul alaraq dələduzluq yolu ilə mənimsəyib.

Qeyd edək ki, təqsirləndirilən E.Hüseynov “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi, sonra isə nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğludur.

Şərhlər

XƏBƏR LENTİ