Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində BDU professoru Aidə İbrahimovanın evindən 41 min manat oğurlamaqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Mehriban Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Faiq Qəniyevin icraatında olan prosesdə cəza istənilib.
Dövlət ittihamçısı çıxış edərək M.Quliyevanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs edilməsini istəyib.
Məhkəmə prosesi noyabrın 1-də davam etdiriləcək.
M.Quliyevanın kiçiyi 3, böyüyü 9 yaşında olan 4 uşağı var, hazırda da hamilədir. O, istintaq dövründə A.İbrahimovaya 7 min manat qaytarıb. Onun barəsində həbs qətimka tədbiri seçilməyib.