SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » 4-cü sinif şagirdinin döyüldüyü məktəbdə susqunluq: Direktor danışmır, valideyn susur...

4-cü sinif şagirdinin döyüldüyü məktəbdə susqunluq: Direktor danışmır, valideyn susur...

Tarix:

26-10-2017, 10:01

/ 114 800 dəfə oxundu.
4-cü sinif şagirdinin döyüldüyü məktəbdə susqunluq: Direktor danışmır, valideyn susur...

Nizami rayonundakı Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbdə döyülən 4-cü sinif şagirdi ilə bağlı məsələ ətrafında ağılasığmaz iddialar ortaya çıxıb. İddialara görə, adıçəkilən məktəbin 4-cü sinif şagirdi Kamran Soltanov sinif rəhbəri Nəzakət Qurbanova tərəfindən iki ildir müxtəlif fiziki zorakılığa məruz qalırmış. Bu dəfə isə müəllim Kamranın qulağına ağır zərbələr endirərək onun qulaq divarını zədələyib. Neçə nillərdir məktəbin adı çıxmasın deyə ehtiyat edən valideyn bu dəfə olaya səssiz qala bilməyib. Əvvəlcə məktəbin rəhbərliyinə, sonra Polis İdarəsinə , daha sonra isə Cebhe.info-ya üz tutub.
Kamranın anası Vəfa Soltanova övladının döyülməsini təsdiqləyən ekspertiza rəyinin olduğunu da iddia etmişdi. Sözlərinə görə, ekspertiza rəyi hazırda Nizami Rayon Polis İdarəsinin 25-ci bölməsindədir. Əldə etdiyimiz məlumatlara görə, olay ilk olaraq Cebhe.info xəbər portalında ictimailəşəndən sonra qalmaqallı məktəbin direktoru ilə valideyn məsələni həll ediblər.
Xatırladaq ki, sözügedən məktəbin direktoru İlqar Talıbov hadisə ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi ilə əlaqə yaradaraq, İdarənin Daxili Nəzarət Xidməti tərəfindən məktəbdə araşdırma aparılmasını xahiş etmişdi. Özü isə açıqlamasında Nəzakət Qurbanovanı müdafiə edərək belə bir olayın yaşanmadığını iddia etmişdi. Qeyd edilən məsələnin nəticələri ilə bağlı İlqar Talıbovla əlaqə yaratdıq. Direktor Cebhe.info-ya açıqlamasında araşdırma ilə bağlı lazım olan məlumatları Bakı şəhər Təhsil İdarəsindən almağın mümkün olduğunu deyib. Bakı şəhər Təhsil İdarəsinin rəsmisi Lalə Qarayeva isə telefon vasitəsilə açıqlama verməyəcəklərini deyərək, quruma rəsmi sorğu ünvanlamalı olduğumuzu bildirib. Vəfa Soltanova da gün ərzində telefonlarımıza cavab verməyib.

Şərhlər

XƏBƏR LENTİ