yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Şəmsəddin Hacıyev hardadır?

Şəmsəddin Hacıyev hardadır?
11-10-2017, 16:30 81 032 dəfə baxılıb
yüklənir...

Azərbaycan Dövlət İqtisad Universitetinin(ADİU) sabiq rektoru, deputat Şəmsəddin Hacıyevin həbs edilə biləcəyi ilə bağlı xəbərlər yenidən intensivləşib.

Xalqxeber.Az xəbər verir ki, bu haqda musavat.com saytının yaydığı yazıda bildirilir ki, bir müddət əvvəl Ş.Hacıyevin səhhətində problemlərin yaşandığı haqda məlumat yayılsa da, bu günlərdə o Səudiyyə Ərəbistanın müstəqillik günü ilə bağlı tədbirdə görünüb.
Sayt yazır ki, Ş.Hacıyevin ADİU-ya rəhbərlik etdiyi dövrdə baş verən yeyintilərlə bağlı cinayət işi başlansa da, hələ ki, bu barədə rəsmi bilgi yoxdur. Belə söhbətlər var ki, Ş.Hacıyev başlanmış cinayət işinin onun üçün heç bir yaxşı nəticə vəd etmədiyini anlayır və çıxış yolları arayır.
Yazıda qeyd olunur ki, ADİU-ya dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsində böyük maxinasiyalar üzə çıxarılıb. ADİU-dakı yoxlamaların nəticəsi olaraq Hesablama Palatasından Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan hesabat araşdırılıb. İlkin araşdırma zamanı yoxlama dövrünü əhatə edən 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Onu da qeyd edək ki, Ş. Hacıyevin məsələ ilə bağlı prokurorluğa çağırılıb – çağırılmaması haqda heç bir məlumat yoxdur. Bununla bərabər keçmiş rektor haqqında yayılan bu iddialarla bağlı “Qafqazinfo”nun bir neçə dəfə müraciət etməsinə baxmayaraq hər hansı açıqlama verməyib. Onu da bildirək ki, Ş. Hacıyev bu gün Səbail rayon icra hakimiyyəti tərəfindən təşkil olunan tədbirdə iştirak edib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Shemseddin, Haciyev, hardadir
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ