yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Deputat oğlunun 8 milyonluq işi: şərikinin vəkilinə kim pul verir? - Gəlişmə

Deputat oğlunun 8 milyonluq işi: şərikinin vəkilinə kim pul verir? - Gəlişmə
10-10-2017, 12:27 82 712 dəfə baxılıb
yüklənir...

Deputat Elmira Axundovanın oğlu Həbib Axundovun adı keçən dələduzluq işi səngimək bilmir
Məlumata görə, millət vəkili Həbib Axundovun şərikinin cinayət işi 4 ildir media səhifələrindən düşmür.
Dələduzluq əməli zərər çəkənləri istintaq qapılarında qoyub. Axundovlar isə İbrahimova qahmar çıxmaqla onu qoruyurlar, vəkilinə dəstək verirlər.
Son xəbərə görə, Rusiya Ali Məhkəməsi deputat oğlunun şəriki və yaxın ailə dostu, İnterpol xətti ilə axtarışda olmuş Elnur Rauf oğlu İbrahimovun Azərbaycana ekstradisiya edilməsi haqda yekun qərar çıxarıb.
Məsələnin mahiyyəti budur ki, H.Axundov və E.İbrahimov 2013-cü ilin əvvəlindən başlayaraq bizneslərini böyütmək adı ilə vətəndaşlardan pul toplamağa başlayıblar.
Ümumilikdə 8 milyon manat pul toplanıb. Vətəndaşlara bildirilib ki, onlardan alınan pullar ofis ləvazimatlarının, katriclərin ölkəyə gətirilməsi və satışının təşkilinə yönəldilir, əldə olunan qazancdan onlara dividend veriləcək.
Dividend ödənişi bir neçə ay davam edib. Həbib Axundov və Elnur İbrahimov dividend ödənişinin dayandırılmasının səbəbini izah etməyiblər.
Vətəndaşlar Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov H.Axundovla E.İbrahimovun şirkətinə yatırdıqları pulları geri tələb ediblər. Lakin pulları geri qaytarılmayıb.
Məlumata görə, E.İbrahimovun vəkili Axundovlar tərəfindən qonorarla təmin edilir.
2013-cü ildə Elnur İbrahimov ölkədən qaçırılıb. Onun barəsində Daxili İşlər Nazirliyi (DİN) Baş Polis İdarəsinin İstintaq Şöbəsində CM-nin 178.3.2-ci(etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.
Zərərçəkənlərin israrlı tələblərindən sonra E.İbrahimov 2016-cı il noyabrın 22-də Rusiya Federasiyasının Moskava şəhərində həbs olunub.
Hazırda iş üzrə zərərçəkənlər iki hissəyə bölünüb. Bir tərəfdə Elnur İbrahimovun dostu Həbib Axundov, digər tərəfdə isə Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov dayanıblar.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Gelishme, verir, 8, pul, vekiline, oglunun, milyonluq, Deputat, , ishi, sherikinin, kim
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ