SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Fərhad Əliyevin təyinat xəbəri... - RƏSMİ AÇIQLAMA

Fərhad Əliyevin təyinat xəbəri... - RƏSMİ AÇIQLAMA

Tarix:

6-10-2017, 14:02

/ 90 633 dəfə oxundu.
Fərhad Əliyevin təyinat xəbəri... - RƏSMİ AÇIQLAMA

"Hörmətli KİV nümayəndələri, Nəzərinizə çatdırmaq istəyirik ki, ötən gün “Sumqayıt Texnologiyalar Parkı” MMC ilə bağlı mətbuatda çıxan informasiya həqiqəti əks etdirmir. Çox təəssüflər olsun ki, bu cür dezinformasiya bir neçə media orqanı tərəfindən dəqiqləşdirilmədən tirajlanıbdır". xalqxeber.az bildirir ki, bu fikirlər “Sumqayıt Texnologiyalar Parkı” MMC-dən daxil olan bəyanatda yer alıb.

Bəyanatda daha sonra deyilir: "Bildirmək istəyirik ki, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin təsisçisi ilə bağlı heç bir dəyişiklik olmamışdır. Emin Məmmədov bu ilin mart ayında təsisçinin qərarı əsasında “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin baş direktoru təyin olunmuşdur və bu barədə məlumat ictimaiyyətə açıqlanmışdır.

Xahiş edirik ki, “Sumqayıt Texnologiyalar Parkı” MMC ilə bağlı informasiyaları yaymamışdan qabaq ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayasınız.

“Sumqayıt Texnologiyalar Parkı” MMC olaraq Sizinlə sağlam əməkdaşlığa hər zaman önəm veririk və bu əməkdaşlığın davamlı olmasını diləyirik".

Şərhlər

XƏBƏR LENTİ