SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Sirr pərdəsi: Fərhad Əhmədov Azərbaycandakı şirkətini niyə bağladı?

Sirr pərdəsi: Fərhad Əhmədov Azərbaycandakı şirkətini niyə bağladı?

Tarix:

25-09-2017, 14:21

/ 54 632 dəfə oxundu.
Sirr pərdəsi: Fərhad Əhmədov Azərbaycandakı şirkətini niyə bağladı?

Bir müddət əvvəl Azərbaycan vətəndaşı olmaq üçün müraciət edən milyaerderin qəflətən Azərbaycandakı biznesini bağlaması ciddi suallar yaradıb
Maraqlıdır ki, Fərhad Əhmədov özünün rentabellə işləyən istehsal müəssisəsini Azərbaycanda prezident seçkilərinə bir il qalmış bağlamaq qərarını verib.
Rusiyada və daha əvvəl Böyük Britaniyada yaşayan milyarder həmyerlimiz Fərhad Əhmədovun Göyçay rayonunda fəaliyət göstərən “AzNAR” şirkətini birdən-birə heç bir səbəb göstərmədən bağlaması maraq doğurur. Yerli əhalinin dolanışığına müsbət rol oynayan, ölkədə bir sıra zavod və fabriklərin fəaliyyəti zəifləsə də, hələ də rentabelli işləyən “AzNAR” konserv zavodunun bağlanması Fərhad Əhmədovun doğma rayonu olan Göyçüy rayonunun sosial-iqtisadi həyatına mənfi təsir edəcəyi də şübhə doğurmur. Çox maraqlıdır ki, dünənə qədər bu istehsal müəssisəsinin rentabelliyinin aşağı düşməsi, kəsirlə işləməsi barədə bircə kəlmə də deyilmirdi. Əksinə, zavaodun tam gücü ilə işlədiyi, yerli iqtisadiyyata töhfələr verdiyi iddia olunurdu. Bəs elə isə, milyarder Fərhad Əhmədovu qəflətən belə bir qərar verməyə nə vadar etdi?
Yaddaşlı oxucu xatırlayırsa, təxminən bir il öncə mətbauatda gedən bəzi məlumatlarda Fərhad Əhmədovun Azərbaycandakı layihələrinin əslində Rusiya xüsusi xidmət orqanları tərəfindən işləndiyi, cənab Əhmədovun isə yalnız icraçı olduğu iddia olunmuşdu. İddialar arasında Fərhad Əhmədovun rəsmi Moskva tərəfindən hazırlanmış Azərbaycan prezidentliyə namizdlər siyahısında alternativlərdən biri olması da var idi. Bu iddialar Əhmədov tərəfindən təkzib olunsa da, bəzi məqamlara aydınlıq gətirilməmiş və əsaslandırılmış təkzib verilməmişdi.
Məsələn, Fərhad Əhmədovun Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunması barədə, (Qeyd edək ki, Azərbaycan respublikası konstitusiyası və seçki qanunvericiliyinə görə Azərbaycan vətəndaşı olmayanlar seçkilərdə, o cümlədən prezident seçkiərində iştirak edə bilməzlər), müraciətinə məhz bu səbəbdən verildiyi barədə iddialara qarşı cənab oliqarx çox zəif əks-arqumentlər qoymuşdu. Vətəndaşlığa qəbul xahişinə rədd cavabı verilməsində aşağı çinli məmurları günahkar hesab edən milyarder Rusiya və Böyük Britaniya vətəndaşlığı olduğu halda, niyə Azərbaycan vətəndaşlığına ehtiyac duyduğunun üstündən sükutla keçmişdi. Halbuki hüquqdan anlayan hər adam bilir ki, vətəndaşlığın verilməsi və yaxud da alınması səlahiyyəti yalnız və yalnız dövlət başçısınnın səlahiyyətləri və iradəsi daxilindədir. Xüsusən də vətəndaşlıq istəyən Fərhad Əhmədov kimi dünyaca tanınmış bir şəxs və milyarderdirsə, bu məsələdə kimsə dövlət başçısına təsir edə bilməz. Belə ki, Fərhad Əhmədov ölkə rəhbərinin də tanıdığı şəxsdir.
Beləliklə, vətəndaşlıq müraciətinə rədd cavabı verilməsi Rusiya xüsusi xidmət orqanlarının Fərhad Əhmədovla bağlı planları elə “beşikdəcə boğulmuşdu”.
Konkret olaraq Fərhad Əhmədovun Göyçay rayonunda fəaliyət göstərən “AzNAR” şirkətini heç kəsin gözləmədiyi və şirkət müflis olmadığı şəraitdə bağlaması ilə bağlı məlumatlandıran mənbə bildirib ki, “AzNAR” konserv zavodunun bağlanmasının tək səbəbi, artıq Azərbaycanda bizneslə məşğul olaraq yerli əhaliyə çörək “vermək” və bu yolla nüfuz qazanmaq nə Moskvanın, nə cənab Əhmədovun maraqlarına uyğun deyil. Madam ki, Fərhad Əhmədov 2018-ci ilin seçki marafonuna qatıla bilməyəcək, onda niyə Azərbaycan iqtisadiyyatının inkişafına sərmayə qoysun və gərəksiz yerə o qədər pulu niyə havaya sovursun?
Mənbə bildirib ki, Fərhad Əhmədov üçün, onun əlavə vaxtını və enerjisini alan, gətirdiyi gəlir isə, cənab oliqarxın gözündə qəpik-quruş olan bir istehsal müəssisəsinin saxlanılması mənasız və maraqsız biznesə çevrilib. Ona görə də heç kəsin gözləmədiyi halda, qəflətən “AzNAR” konserv zavodunu bağlamaq qərarını verib. Maraqlıdır ki, Fərhad Əhmədov özünün rentabellə işləyən istehsal müəssisəsini Azərbaycanda prezident seçkilərinə bir il qalmış bağlamaq qərarını verib. Təbii ki, işsiz qalan yüzlərlə işçi bir müddədtdən sonra işsiz qaldığına görə hakimiyyəti günahkar biləcək.

Qeyd edək ki, Fərhad Əhmədovun Azərbaycandakı qohumlarına yaxın olan başqa bir mənbə də bu iddiaları təsdiq edib.

Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq…

pia.az

Şərhlər

XƏBƏR LENTİ