SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Ziya Məmmədovun bacısının xüsusi silahlı cangüdənləri də olub - İDDİA

Ziya Məmmədovun bacısının xüsusi silahlı cangüdənləri də olub - İDDİA

Tarix:

22-09-2017, 09:02

/ 91 217 dəfə oxundu.
Ziya Məmmədovun bacısının xüsusi silahlı cangüdənləri də olub - İDDİA

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun bacısı, “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın vəzifəsindən çıxarılıb. M.Məmmədovanın işdən çıxarılmasının səbəbi kimi onun 45 manatlıq məktəbli formasını valideynlərə 120 manata satdırması göstərilir. Qeyd olunur ki, bununla bağlı “Lider” kanalında xüsusi süjet də hazırlanıb. Belə ki, Nərimanov rayonunda yerləşən “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın mağazalarda 40 manata satılan məktəbli formalarını liseyin şagirdlərinə 120 manata satdırdığı barədə şikayətlər daxil olub. 3 qat baha qiymətə məktəbli forması almağa məcbur edilən valideynlər bildirib ki, direktor şagirdlərin başqa yerdən məktəbli forması almasını qadağan edib. Həmin liseydə təhsil alan uşaqların valideynləri də 40 manatlıq məktəbli formasını direktorun göstərişi ilə elə məktəbin özündən 120 manata əldə etdiklərini “Lider” kanalı əməkdaşına deyiblər. Bilik Günündə məktəb önündə şənliyə qatılan M.Məmmədova isə jurnalistin bu yöndən verdiyi sualdan yayınıb. M.Məmmədova Təhsil Nazirliyinin işçiləri tərəfindən liseydə aparılan yoxlamalardan sonra işdən azad edilib. Onu müvəqqəti olaraq liseyin müəlliməsi Almaz Əsgərova əvəz edir.
Daxil olan xəbərə görə, M.Məmmədova lisey şagirdlərinə məktəbli formalarını illərdir ki, real dəyərindən baha qiymətə satdırır. Onun məhz buna görə indiki mərhələdə işdən çıxarılmasını formallıqdır. Qardaşı nazir kreslosunda əyləşdiyi zamanlarda M.Məmmədovanın xüsusi silahlı cangüdənləri olub. O dövrdə belə xəbərlər gəzirdi ki, Z.Məmmədov düşmənlərindən qorunmaq üçün ailə üzvlərinə, yaxınlarına cangüdən təyin edib. Həmin vaxt M.Məmmədovanın 4 cangüdəni olub. Z.Məmmədov nazir postunu itirəndən sonra M.Məmmədovanın ətrafından cangüdənlər də yoxa çıxıb. Sabiq nazirin bacısının işindən çıxarılmasının daha çox Məmmədovlar ailəsinin Türkiyədə dəfilə keçirmələri ilə əlaqələndirənlər də az deyil. Baş verənlərin Məmmədovların de-marşına qarşı addım olduğu deyilir. Bildirilir ki, Z.Məmmədov “ölkə dustağı” olaraq Ucardakı villasındadır, bağ-bağçaya tamaşa etməklə günlərini keçirir.

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ