SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » MTRŞ Vahid Mustafayevə “YOX” dedi: “ANS-in açılması mümkün deyil”

MTRŞ Vahid Mustafayevə “YOX” dedi: “ANS-in açılması mümkün deyil”

Tarix:

21-09-2017, 16:40

/ 108 914 dəfə oxundu.
MTRŞ Vahid Mustafayevə “YOX” dedi: “ANS-in açılması mümkün deyil”

Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS televiziyasının yenidən fəaliyyətə başlayacağı haqda şirkətin prezidenti Vahid Mustafayevin fikirlərinə münasibət bildirib.
MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, ANS TV-nin açılması mümkün deyil.
"Bu barədə Ali Məhkəminin qərarı mövcuddur. Şuranın qərarı qüvvədə saxlanılıb. Bundan başqa daha nə demək olar? Faktiki olaraq Şura qərarını verib. Məhkəmə tərəfindən qərara dəyişiklik olunmayıb" - T.Məmmədov ANS-lə bağlı məsələyə aydınlıq gətirib.

MTRŞ rəsmisi, həmçinin əlavə edib ki, yaxın vaxtlarda Azərbaycanda yeni telekanalın yaradılması gözlənilmir.

Qeyd edək ki, Vahid Mustafayev müsahibəsinə ANS-in yenidən açılacağını bildirib.

Şərhlər

XƏBƏR LENTİ