XalqXəbər.Az

Vergilər Nazirliyi “Turan”a qarşı sanksiyanı bərpa etdi

yüklənir...
Vergilər Nazirliyi “Turan”a qarşı sanksiyanı bərpa etdi
19-09-2017, 11:25
yüklənir...

Vergilər Nazriliyinin Bakı Lokal Gəlirlər Departamenti "Turan" İnformasiya Agentliyinə 2014-17-ci illərə aid vergi sanksiyasını yenidən bərpa edib.

Bununla bağlı sentybarın 18-də agentliyin elektron poçtuna Vergilər Nazirliyindən sentybarın 15-i tarixilə məktub daxil olub.

Məktubda deyilir ki, agentlik 27 min 253 manat borca və daha 9.294 manat faizə malikdir.

Qeyd edək ki, sentybarın 12-də nazirliyin həmin departamentindən 11 sentyabr tarixilə "Turan"ın hər hansı vergi borcu və ya cərimə sanksiyasının olmaması ilə bağlı məktub daxil olmuşdu.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.