SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Akif Əli Lütfi Zadəyə görə işini itirə bilər...

Akif Əli Lütfi Zadəyə görə işini itirə bilər...

Tarix:

18-09-2017, 09:34

/ 37 094 dəfə oxundu.
Akif Əli Lütfi Zadəyə görə işini itirə bilər...

Nazirlər kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli qəfil məzuniyyətə göndərilib.
Bu barədə etibarlı mənbələrdən məlumat daxil olub. Mənbənin sözlərinə görə, məzuniyyətə göndərilən xidmət rəhbəri daha işinə qayıtmayacaq. Akif Əlinin Nazirlər Kabinetindən məzuniyyət adıyla uzaqlaşdırılmasına səbəb isə onun Lütfi Zadə haqqında səsləndirdiyi təhqiramiz sözlər olduğu ehtimal olunur.
Xatırladaq ki, ABŞ-da vəfat edən dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin vəfatıyla əlaqədar olaraq jurnalistin zənginə cavab verən Akif Əli mərhum alimi "fındıqbaş" adlandırmışdı. Nazirlər Kabinetinin sözçüsünün qeyri-etik ifadəsi ölkə mətbuatında kütləvi tirajlanandan sonra xidmət rəhbəri ifadəsinə görə, özünün feysbuk səhifəsində ölkə ictimaiyyətindən üzr istədi.
Qeyd edək ki, baş verən hadisəyə dövlət rəsmilərinin reaksiyası da özünün çox gözlətmədi.
Baş Nazirin müavini Abid Şərifov mətbuat vasitəsilə Akif Əlinin səhv etdiyini bildirdi.
”Lütfi Zadə dünyada sayılıb seçilən bir alimdir.Onun haqda mən belə açıqlama vermək üçün fikirləşərəm ki, mən necə danışmalıyam. Akif Əli sən kimsən ki dünya səviyyəli bir alim haqda belə alçaldıcı açıqlama verəsən? Sənin buna nə mənəvi haqqın var. Düzünü deyim ki, mənə bunu deyəndə inanmadım. Dövlət başçısı, birinci vitse-prezident bu böyük alimin vəfat etməsi haqda nekroloq imzalayıb, başsalığı verib. Akif Əlinin bu açıqlamasını pisləyirəm. Çox biabırçı bir açıqlamadır”- deyə, cavab verən Abid Şərifov belə açıqlama cəzasız qalmayacağını bildirmişdi.
Onu da qeyd edək ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbərinin dünya şöhrətli alim barəsində səsləndiriyi sözlərə görə, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da mətbuatda öz mənfi münasibətini bildirib.

Qlobal.az

Şərhlər

XƏBƏR LENTİ